Şriftin ölçüsü :

Saytın rəngi :

Təşviqat qrupunun növbəti iclası keçirilib

05 iyul 2017 | 16:00

Şəmkir rayonu ərazisində İctimai-siyası və idioloji təbliğat işinin səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış təşviqat qrupunun Dəllər qəsəbə sakinləri ilə görüşü keçirilib.
Təşviqat qrupları rayonun müxtəlif qəsəbə və kəndlərində əhali ilə görüşlər keçirir, cəmiyyətimizdə gedən proseslərin əhaliyə çatdırılması və rayon sakinləri arasında düzgün qiymətləndirilməsi işini həyata keçirir.
Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqarar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin, həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi layihələrin əhaliyə çatdırılması təşviqat qruplarının qarşısına qoyulan başlıca məsələlərdəndir.
Dəllər qəsəbəsində keçirilən tədbirdə təşviqat qrupu sədri – YAP Şəmkir rayon təşkilatının sədri, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müvini Ruhid Hacıyev , şöbəsinin baş məsləhətçi Əsgər Ələsgərov, Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçi Rəşad Ramazanov, qəsəbə ziyalıları, sakinlər iştirak ediblər.

 

Keçidlər