Şriftin ölçüsü :

Saytın rəngi :

Komissiyanın iclası keçirilib

04 iyul 2017 | 16:00

İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilib
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiya Şəmkir rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını qarşısına prioritet vəzifə kimi qoymuşdur.
Bu məqsədlə rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilib.
İclasda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəhbər heyəti və İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın üzvləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək bildirdi ki, İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi Azərbaycan Respublikasının digər ərazilərində olduğu kimi, Şəmkir rayonu ərazisində də yüksək səviyyədə qorunur: "Komissiyanın apardıqları iş nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malikdir. Hər bir Şəmkir sakini bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində onların üzərinə də müəyyən vəzifələr düşür. Sakinlərimiz kəmərlərin mühafizə və məsləhətləşmə zonalarında nəzərdə tutulan qadağalar barədə mütamadi olaraq məlumatlıdırılırlar."
Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi Ağabala Hüseynov çıxış edərək bildirib ki, kəmərlərə və onların fəaliyyətinə əsassız maraq göstərənlər, istirahət, ovçuluq, balıqçılıq niyyətilə dəhliz adlanan əraziyə gələnlər sakinlərin nəzərindən heç vaxt yayınmamlıdır və təhlükəsizlik tədbirlərinin görülməsində aidiyyətli orqanlara köməklik göstərməlidirlər.
DTX-nın Şəmkir Rayon şöbəsinin rəisi Musa Haqverdiyev çıxışında kəmərboyu ərazinin sakinləri yaşayış məntəqələrində şübhəli şəxsləri, icazə olmadan boru xətlərinin yerüstü qurğularının şəklini çəkənləri, burada naməlum əşya quraşdıran adamları görəndə dərhal reaksiya verməlidirlər. Əhali həmçinin ərazidə yanğının baş verməsi, gecə vaxtlarında kəmərlərin dəhlizində qazma işlərinin aparılması və digər bu kimi hadisələrə qarşı da son dərəcə ayıq-sayıq olmalıdır.

Keçidlər