Tural Yəhyayev nələrdən danışdı? - "Məlumat Saatı"nın növbəti iclası
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçirilən “Məlumat Saatı”nın növbəti iclası baş tutub.
Qərbinfo.az xəbər verir ki, tərtib edilmiş qrafikə uyğun olaraq növbəlilik prinsipi əsasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aparatının, Memarlıq və Tikinti şöbəsinin əməkdaşı Tural Yəhyayev ötən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Qanun, Fərman və Sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamları, digər mərkəzi icra orqanları tərəfindən qəbul edilmiş hüquqi normativ sənədlərlə və ölkəmizdə həmçinin dünyada baş verən ictimai-siyasi yeniliklərin qısa xronikası ilə aparat işçilərini tanış etmiş, sonda fikir mübadiləsi aparılmışdır.