Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI GÖRÜŞ KEÇİRİB

03 iyul 2017 | 16:00

"Hüquqlarımızın və qanuni mənafelərimizin etibarlı müdafiəsi üçün sizə minnətdarlığımızı bildirirk"- Şəmkirli sahibkar Saday Səfərov
Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb.
"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, onun rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.
Ulu öndərin inkişaf strategiyasının Prezidenti İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.
Aparılan islahatlar çərçivəsində Prezidentin "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq son illərdə Şəmkir rayonunda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə edilməsi və digər tədbirlər nəticəsində bu gün rayonda sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov sahibkar Saday Səfərovu qəbul edib.
Məlumat üçün bildirək ki, Saday Səfərov Şəmkir rayon Qılıncbəyli kəndində yaşayır. Rusiyanın Moskva şəhərində bizneslə. eyni zamanda Şəmkir rayon Qılıncbəyli kəndində sahibkarlıqla məşğul olur. Sahibkarın ferması, meyvə bağları, istilikxanaları var. 60 nəfər işlə təmin edib. Əsas işçi qüvvəsi Qılıncbəyli kəndindən və ətraf kəndlərin sakinlərindən ibarətdir.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır, bundan sonra da yaradılacaq: “ Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”
İcra başçısı qeyd edib ki, Şəmkirdə sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması qarşıya qoyduqları əzas fəzifələrdən biridir: “Biz rayonumuzda sahibkarlığn inkişafına xüsusi diqqət ayırırıq. Bu gün onların qarşılaşdıqları problemlər anında öz həllini tapması üçün dayanmadan çalışırıq.”
Görüş zamanı Saday Səfərov rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib: “Sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şərait həqiqətən də tədqirəlayiqdir. Bunun üçün ölkə başçımıza və onun tapşırıqlarını layiqli yerinə yetirən rayon rəhbərliyinə bütün sahibkarlar adından dərin təşəkkürümüzü bildiririk. Biz də sahibkar olaraq biznesimizi xaricdə deyil öz ölkəmizdə yaratmaqdan məmnunluq hissi duyuruq. Bu gün bizim üçün rayonumuzda açılan qapılar dünyanın heç bir yerində ola bilməz. Sahibkarların da bundan başqa istədiyi heç nə yoxdur. Bizim hüquqlarımızın və qanuni mənafelərimizin etibarlı müdafiəsi üçün sizə minnətdarlığımızı bildiririk.”
Saday Səfərov Şəmkirdə sahibkarlığın inkişafı üçün görülən tədbirlər gələcəkdə bütün xaricdə yaşayan biznesmenlərin rayona investisya yatırmasına şərait yaradacağını da bildirib: “Xaricdə bizneslə məşğul olan bəzi şəmkirlilər rayonumuzda sahibkarlar üçün yaradılan şəraitlə bağlı məlumatları az idi. Artıq Şəmkirdə sahibkarlıqla məşğul olmağa başlayanlar bu haqda məlumat verdikcə, onların da rayona investisya yatırmaqda maraqları artır. Şəmkirin inkişaf göz qabağındadır. Biz də məmuniyyətlə bu inkişafın bir parçası olmaq istəyirik. İnaıram ki, gələcəkdə rayonumuz üçün daha böyük işlər görəcəyik.”
Saday Səfərov gələcəkdə Şəmkirdəki sahibkarlıq obyektlərini artırmağı düşündüyünü bildirib : " Planlarımız arasında daha böyük ərazini əhatə edən meyvə bağlarının salınması və sahibkarlığın inkişaf etdirilməsi var."

Keçidlər