Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sakinlərlə görüş keçirib

21 iyun 2017 | 16:00

Şəmkir rayonunda əhalinin problemlərinin yerində həlli məqsədi ilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Yeni Göyçə kəndində baş tutub.
Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və Yeni Göyçə, Dağ Cəyir, Çaykənd kəndlərinin sakinləri iştirak ediblər.
Əvvləcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlayaraq, artıq ənənə halını almış növbəti yerlərdəki səyyar görüş-qəbuldan danışıb: “Bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq sizlərlə birlikdəyik. Məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir.”
Görüş zamanı icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib: “25 illik müstəqilliyə sahib olan bir ölkə kimi Azərbaycan dünya miqyasında böyük uğurları qazanıb. Dünyanın hər yerində çox ciddi iqtisadi böhran yaşandığı bir vaxtda Azərbaycan möhkəm dayanıb. Çünki bu məsələlər ölkə Prezidentimizin ciddi nəzarəti altındadır və bu sahədə sağlam addımlar atılır.”
Cənab Alimpaşa Məmmədov eyni zamnda Şəmkirdə görülən abadlıq-quruculuq işlərindən, həmçinin “Şəmkir Aqropark”, “Çeyrançöl MMC”, ümumilikdə rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf ilə bağlı məsləhət və tövsiyələrini söyləyib. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər barədə əlaqədar qurumlara tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.


.

Keçidlər