Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 15 iyun-Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

15 iyun 2017 | 16:00

Şəmkirin Kür qəsəbəsində 15 iyun-Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimayyətinin nümayəndələri, ziyalılar, qəsəbə sakinləri iştirak ediblər.
Bayram tədbirində bildirilib ki, Azərbaycan xalqının ən əlamətdar günlərindən olan 15 iyun - Milli Qurtuluş Günü Ümummilli Lider Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyin qorunub möhkəmləndirilməsində, dövlətin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir: “Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir.”
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında respublikamızın tərəqqisini təmin edən siyasi xəttin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirib.

Bayram tədbirində iştirak edənlər günün ilk yarısında startı verilən taekvondoçular arasında zona birinciliyinin final oyunlarını da izləyib. Yarışda Şəmkir taekvondoçuları birinci, Gəncə idmançıları isə ikinci yerin sahibi olub. Üçüncü yeri isə Tovuz və Göygöl idmançıları paylaşıblar. Qalib gələn idmançılara kubok icra başçısı tərəfindən təqdim edilib.

Tədbir musiqiçilərin ifası ilə başa çatıb.

 

Keçidlər