Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Şəmkir şəhər Əhməd Cavad küçəsində aparılan təmi-tikinti işləri ilə tanış olub

10 iyun 2017 | 16:00

Şəmkir rayonunda aparılan abadlıq-quruculuq, həyata keçirilən sosial infrastruktur layihələr davam etməkdədir.

Görülən işlər çərçivəsində Şəmkir şəhər küçələrinin bir çoxu yenidən qurulur, bəzilərində təmir-tikinti işləri aparılır. Hazırda yenidən qurulan Şəmkir şəhər Əhməd Cavad küçəsində işlər tamamlanmaq üzrədir. Küçənin hər iki istiqaməti boyu yaradılmış piyada səkilərinə dekorativ daşlar düzülür və sakinlərin rahat hərəkət etmələri tam nəzərə alınır. Küçə boyu müasir işıq dirəklərinin qurşadırılması nəzərdə tutulub. Digər telekommunikasiya və rabitə xətləri də qaydaya salınmaq üçün tədbirlər həyata keçirilir. Yaxın günlərdə küçəyə asfalt-beton örtüyünün qoyulması üçün son tamamlama işləri görülür.

Bu günlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Əhməd Cavad küçəsində aparılan təmir-tikinti işlərinin gedişatı ilə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

Keçidlər