Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə daha bir sahibkarlıq obyekti istifadəyə verildi-20 yeni iş yeri açıldı

12 iyun 2017 | 16:00

Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.

Şəmkir şəhərində sakinlərin keyfiyyətli istehlak məhsulları ilə təminatının daha da yaxşılaşdırmaq məqsədi ilə “El market” adlı ticarət obyektinin açılışı oldu.

Ümumi sahəsi 1000 kv. metr, işçilərin sayı 20 nəfər olan market müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş və sakinlərə yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Açlış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir: “Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır, bundan sonra da yaradılacaq. Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”

Keçidlər