Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının yeni tərkibdə iclası keçirilib.

09 iyun 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə keçirilən iclasda Qəyyumluq və Himayəçilik komissiyanın yeni sədri icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər söbəsinin müdiri Aynur Abdullayeva və komissiyanın üzvləri iştirak ediblər.

İclasda rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, qəyyumluqla bağlı dövlətimizin uğurlu dəsti-xətti var və biz də bu yolla addımlamalıyıq: “Qəyyumluq və himayəçilik əsas etibarilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin üzərində təyin edilir və bunda da bilavasitə məqsəd həmin kateqoriya fiziki şəxslərin hüquq və mənafelərinin cəmiyyətdə, ictimai həyatda və hüquqi prosedurlarda müdafiəsinin təmin olunmasıdır. Ona görə də qəyyumluq və himayəçilik məsələlərində komissiya üzvləri çox diqqətli olmalı və bu məsələyə həssaslıqla yanaşmalıdır.”

Komissiyaların iclasında rayon məhkəməsindən daxil olan mülkü işlər və eyni zamanda rayon sakinlərinin müraciətləri araşdırılıb və komissiya tərəfindən  müvafiq qərar və rəylər verilib.

Keçidlər