Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir.

17 aprel 2014 | 15:00

16 aprel 2014-cü il tarixində Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı  yanında Şura iclası keçirilmişdir. Şura iclasında  rayonun idarə,müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, xəstəxanaların baş həkimləri, Heydər Əliyev Mərkəzinin işçiləri, ictimai təşkilatların nümayəndələri və mətbuat nümayəndələri iştirak edirdilər.
       Şura iclasını Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab N.V.Veysov açıq elan etmiş, sonra məruzəçilərin çıxışı dinlənilmişdir.  Gündəlikdə duran məsələlər haqqında –
“2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzəçi Şəmkir rayon İcra Hakimiyyətinin  Başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, “Heydər Əliyev Mərkəzində müasir Azərbaycan  tarixi dərslərinin təşkili və tədrisi vəziyyəti barədə” məruzəçi Şəmkir rayon İcra Hakimiyyəti  Başçısının  müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sona Əliyeva, ”Rayon ərazisində əhalinin tibbi müayinəsinin təşkili və gedişatı haqqında” məruzəçi  Mərkəzi rayon xəstəxanasının baş həkimi Nurəddin Əhmədov çıxış etmişlər.  Şura iclasında rayonun I rüb ərzində sosial-iqtisadi inkişafının təhlili aparılmış, H.Əliyev mərkəzində müasir Azərbaycan tarixi dərslərinin təşkili və tədrisi vəziyyəti müzakirə olunmuş, əhalinin tibbi müayinədən keçirilmə vəziyyəti haqqında Şura iştirakçılarına məlumat verilmişdir.
      Daha sonra Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Morul kənd tam orta məktəbinin  tarix müəllimi Röyal Hüseynov, Dəllər Cırdaxan kənd tam orta məktəbinin tarix müəlimi Elnarə Rəsulova çıxış edərək, ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdən sonrakı məşğələlər kimi müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə tədrisin aparılmasının təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslərin, eyni zamanda, şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət  etdiyini bir daha qeyd etmişlər.

Keçidlər