Şəmkir RİH-də İnzibati komissiyanın iclası keçirildi
Şəmkir Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İnzibati Komissiyanın növbəti iclası keçirilib.
İclasda Şəmkir Rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törətmiş vətəndaşlar barəsində tərtib olunmuş inzibati protokollar müzakirə edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul olunub.
İclasda yayın gəlişi ilə əlaqədar olaraq şəhər və qəsəbələrdə piyadaların hərəkətinin tənzimlənməsi, səkilərdə təşkil olunan qanunsuz küçə ticarətlərinin qarşısının alınması istiqamətində nəzarətin artırılması və rayon ərazisində qanunsuz tikililərin aşkar olunması üçün reydlərin təşkil olunması, qanunsuz tikinti aparan şəxslərin barəsində inzibati cəza tədbirlərinin gücləndirilməsi komissiya üzvlərinə tapşırılıb.
Qeyd edək ki, iclasda komissiyanın daha da səmərəli fəaliyyət göstərməsi üçün bəzi məsələlər geniş diskusiya şəraitində müzakirə edilib.