Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Rəssamlar İttifaqının üzvləri ilə görüş

25 may 2017 | 16:00

25 may 2017-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Azərbaycan Rəssamlar İttifaqının üzvləri ilə görüş keçirib.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İlqar Əliyev, Xalq Rəssamı, professor, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağali İbrahimov, Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar incəsənət xadimi sənətşünaslıq və fəlsəfə doktoru Ziyadxan Əliyev, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dossent Samir Sadıqov iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb, onları Azərbaycanın ən gözəl, müasir və qədimliyi ilə diqqət çəkən şəhərlərindən olan Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı icra başçısı qonaqlara Şəmkirin qədim tarixi, zəngin mədəniyyəti, təbiyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb.
Rəssamlar İttifaqının nümayəndələri isə səmimi söhbət şəraitində keçən görüşdə Şəmkirin gözəlliyinə heyran olduqlarını gizlətməyiblər. Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov daha öncə də Şəmkirdə olduğunu, rayonun bir neçə ildə bu qədər gözəlləşdiyinin inanılmaz olduğunu vurğulayıb. Xalq rəssamı son dövürlərdə Şəmkirdə görülən işlərin bu sahədə bir inqilab olduğunu qeyd edib.
Professor Arif Hüseynov da Şəmkir şəhərinin təmizliyinə və gözəlliyinə heyran olduğunu söyləyib: “Şəmkirin həqiqətən də çox dəyişib və gözəlləşib. Biz addım atdığımız hər yerə bir incəsənət xadimi kimi nəzər salırıq. Şəmkir şəhərinin təmizliyi bir rəssam kimi məni həqiqətən də valeh etdi.”
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də Şəmkirin tarixlə müasirliyin qovuşduğu bir məkan olduğunu vurğulayıb: “Diqqətimi çəkən vacib məqamlardan biri, Şəmkir şəhərinin təmizliyinin təsadüf olmadığı oldu. Çünki şəhərin hər bir nöqtəsi eyni abu-havaya sahibdir. Demək ki, şəmkirlilər arasında bu artıq bir mədəniyyətə çevrilib.”
Eyni zamanda görüşdə Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında danışılıb. Təhsil, səhiyyə, məşğulluq, eləcə də sosial müdafiə sisteminin ayrı-ayrı sahələrində əməkdaşlığa başlanılmasının mümkünlüyü diqqətə çatdırılıb. Layihələrin icrasına dair təkliflər nəzərdən keçirilib. Görüşdə gənclərin inkişafı, fəallığının genişləndirilməsi, peşəyönümlü təhsillə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha sonra qonaqlar Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində olublar.

Keçidlər