Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəbin Uğuru” layihəsinə start verildi

25 may 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə əməkdaşlığı çərçivəsində “Məktəbin Uğuru” layihəsinə start verilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və məktəblilər iştirak edib.
Layihənin əsas məqsədi istedadlı şagirdləri müəyyən etmək, onlara özünə inamı qazandırmaqda kömək etmək, təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaq və cəmiyyətdə məktəb həyatını maraqlı, unudulmaz və faydalı etməkdən ibarətdir.
Layihəyə ilk mərhələdə rayon üzrə seçilmiş şəhər və yaxın kənd məktəbləri daxil edilimişdir.
Layihə çərivəsində görüləcək işlər müasir təhsil elementləri ilə bağlı təlimlər, əyləncəvi proqramlar, maraqlı festivallar, yarışmalar, aktual mövzu ətrafında müzakirələr və peşəkarlardan təlim alma imkanları istiqaməti üzrə olacaq.
“Məktəbin Uğuru” layihəsi üzrə hər məktəbdən 1 nəfər müəllim əsas, 2 nəfər şagird köməkçi olmaqla 3 nümayəndə seçiləcək. Müraciət onlayn fomada aparılır və təqdim olunan anketi dolduraraq müəllim və ya şagird həmin sorğunu Rayon Təhsil Şöbəsinə göndərəcək. Müraciətin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər “Məktəbin Uğuru” layihəsinin nümayəndələri təyin ediləcəklər.
Tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin və Zəka Gənclərin İntellektual İnkişafı Mərkəzinin nümayəndələri çıxış edərək layihənin həyata keçirilməsi üçün lazımı köməklik göstərəcəklərini bildirdilər.
Yekunda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov “Məktəbin Uğuru” layihəsinin təqdimatının yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı. Layihənin həyata keçirilməsinin uşaqların gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən icra başçısı məktəb direktorlarının bu işə yaxından köməklik göstərməsinin vacib olduğunu qeyd etdi.

Keçidlər