Şəmkir rayon H.Əliyev mərkəzində Müasir Azərbaycan tarixi dərslərinin tədrisi davam edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə tarix dərslərinin tədrisi davam edir.
Qrafikə uyğun olaraq fevral ayında 25 məktəbdən 1162 şagirdin iştirakı ilə 5 dərs, mart ayında 36 məktəbdən 1173 şagirdin iştirakı ilə 10 dərs tədris olunmuşdur. Aprel ayında 45 məktəbdən 1233 şagirdin iştirakı ilə 11 dərsin, may ayında 19 məktəbdən 590 şagirdin iştirakı ilə 5 dərsin tədrisi planlaşdırılır. Nəzərinizə çatdırmaq istərdim ki, rayonumuzda fəaliyyət göstərən Kəlbəcər qaşqın məktəbinin də 11-ci sinif şagirdləri bu dərslərdə yerli məktəblərin şagirdləri ilə birlikdə iştirak edir.
"Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyecin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərslərin tədrisi zamanı müvafiq foto-video materiallar, eyni zamnda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bugünkü sosial-iqtisadi inkişafdan, aparılan abadlıq və quruculuq işlərindən, həmçinin Şəmkir rayonunda gedən abadlıq və quruculuqdan bəhs edən materiallar şagirdlərin diqqətinə çatdırılır.