Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Silahlı Qüvvələrdə vətənpərvərlik tədbirləri həftəsinə start verilib

04 may 2017 | 16:00

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ideyalarına sadiq ordu ilə xalqın birliyinə həsr olunmuş vətənpərvərlik həftəsi” mövzusunda tədbirlərə Şəmkirdən başlanılıb.
4 may tarixində Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ideyalarına sadiq ordu ilə xalqın birliyinə həsr olunmuş vətənpərvərlik həftəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, gizirlər və əsgər heyyəti, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Çıxış edən Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bildiriblər ki, Heydər Əliyev SSRİ dönəmində sərhəd mühafizəsi və hərbçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssas yanaşıb. Bu münasibətin Azərbaycanın müstəqilliyinə hesablanmış uzaqgörənlikdən qaynaqlanması da bir həqiqətdir. Tarixə nəzər salaq SSRİ dövründə silahlı qüvvələrdə, Sərhəd Qoşunlarında milli kadrların xidməti inkişafına qeyri-rəsmi məhdudiyyətlər yaradıldığı bir dövrdə Dövlət Təhlükəsizliyi Komitəsi kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin xidməti inkişafına ulu öndər tərəfindən xüsusi diqqət yetirilib, yüksək vəzifələrə irəli çəkilmələri təmin olunub. O dövrdə Heydər Əliyevin gələcəyə hesablanmış qərarlarından biri də SSRİ Sərhəd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qoşun hissəsinin Bakıda yaradılması olub.
Zabitlər tərəfindən Şəmkir rayon rəhbərliyinə və əhalisinə ordu ilə sıx əlaqələr qurulmasında göstərdikləri vətənpərvərlik nümunəsinə görə minnətdarlıq edilib. Müdafiə Naziri Zakir Həsənov tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun xüsusi mükafatlandırılmasının bunun bariz nümunəsi olduğu bildirilib.
Tədbirdə çıxış edən icra başçısı Alimpaşa Məmmədov bildirib ki, Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu siyasətini davam etdirmişdir. Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Şəmkir əhalisinin daim mənəvi olaraq ordu ilə birgə olmasını bildirən icra başçısı Aprel döyüşlərində əldə edilmiş qələbənin bir zəfər olduğunu vurğuladı. İcra başçısı bundan sonra da Şəmkir əhalisinin ordunun yanında olacağını bildirdi.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Aybəniz Hüseynova Ulu öndər Heydər Əliyevlə görüşlərindən və xoş xatirələrindən danışıb. Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş ruhunda olduğunu bildirən Aybəniz Hüseynova əsgərlərimizin qoruduqlarının Vətən və ana olduğunu bildirib.
Tədbir Azərbaycan Marşı musiqi sədası altında bağlı elan olunub.

Keçidlər