Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının IX konfransı keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransı keçirilib.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra Konfrans Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzində davam etdirilib.
Konfransda YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafayıl Gülməmmədov, Milli Məclisin deputatları Sahibə Qafarova, Sona Əliyeva, Naqif Həmzəyev, regionun Rayon Partiya Təşkilatlarının sədrləri və Yeni Azərbaycan Partiyasının Şəmkir rayon ilk partiya təşkilatının sədrləri iştirak ediblər.
Konfransda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hesabat məruzəsi ilə çıxış edib. YAP-ın zəngin tarixi fəaliyyəti haqqında danışan F.Vəliyev bildirib ki, partiyamız Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.
Fəxrəddin Vəliyev məruzəsində hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, YAP Şəmkir rayon təşkilatı 1993-cü il iyul ayının 18-də öz təsis konfransını keçirib. Ötən müddət ərzində YAP Şəmkir rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Hal-hazırda YAP Şəmkir rayon təşkilatı öz ətrafında 112 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Şəmkir rayon təşkilatının üzvlərinin sayı 11754 nəfərdir. YAP Şəmkir rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.
Daha sonra rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri İdris Əbdürrəhmanovun məruzəsi dinlənildi.
Konfransda məruzə ətrafında çıxışlar olub.
YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın gördüyü işlər, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş nitq söyləmişdir.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzu daha da yüksəlir çünki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Sonra çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək regionun ən iri və ən güclü siyasi partiyalarından biri olmuşdur. Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 25 ilə yaxın zaman müddətində bir çox uğurlara imza atmışdır. Partiyamızın sıraları genişlənək 700000-ə yaxınlaşmış, beynəlxalq nüfuzu artaraq möhkəmlənmişdir. Yeni Azərbaycan Partiyasına Ulu öndərimizin siyasi varisi, ölkə başçımız, əziz və sevimli Prezidentimiz İlham Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirmişlər. Azərbaycanın müstəqillik dövründə bu müddət ərzində ölkəmiz bir çox ciddi sınaqlarla üzləşmiş, tariximizin ən ağır, ən faciəli hadisələrini yaşamışdır. Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əlirza oğlu Əliyevin titanik zəhməti, müdrikliyi və uzaqgörənliyi səyasində respublikamız bu sınaqlardan şərəflə çıxmış, bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmuşdur.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs ediblər.
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin üzvü Məcid Şıxlıniski və Ayaz İbrahimov, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası sədrinin müavini Rəfiqə Mürsəlova, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvü Elvira Allahverdiyeva çıxış edərək YAP-ın və müasir Azərbyacan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir.
Çıxış edənlər YAP Şəmkir rayon təşkilatının IX konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Konfransda həmçinin təşkilati məsələlər müzakirə edilmişdir. Rayon təşkilatının 63 nəfər tərkibdə yeni Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Fəxrəddin Vəliyev yenidən YAP Şəmkir rayon təşkilatının sədri seçilib.