İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə görüş
02 may 2017-ci il tarixində Şəmkir rayon İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin üzərinə düşən vəzifələr müzakirə edilib.
İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
İclasda giriş nitqi söyləyən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayaraq rayonun sosial-iqtisadi, mədəni və digər sahələrində əldə edilən uğurlardan danışıb.
Köhnə icra nümayəndəliklərinin və bələdiyyələrin inzibati binalarının yenisi ilə əvəz edilməsini bildirən İcra başçısı həmin binaların müasir standartlara cavab verməsinin əsas şərt olmasını bildirib.
Qeyd edək ki, tədbir işçi qrupunun geniş müzakirələri ilə davam etdirilib.