Şriftin ölçüsü :

Saytın rəngi :

150 qutu yüksək səviyyəli barama qurdu paylanılıb

02 may 2017 | 16:00

Şəmkirdə baramaçılığın yaradılması və inkişafı üçün tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Şəmkirdə zəruri işlər görülür. Bu məqsədlə Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir və baramaçılığın inkişafına dair tapşırıqlarının icrası Şəmkir rayonunda ciddi nəzarətdə saxlanılır. Rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi şəmkirlilər tərəfindən müsbət qarşılanıb.
Rayon ərazisinə bu il 150 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən əhaliyə paylanılıb. 36 yaşayış məntəqəsi üzrə kümçülərə paylanılan barama qurdunun rayonda baramaşılığın inkişafında əhəmiyyətli rola malik olacağı gözlənilir. Ən əsası isə rayon sakinlərinin baramaçılıq sahəsindəki peşəkarlığı bu sahənin inkişafı üçün stimul yaradır.
Rayonun Dəllər Cırdaxan kənd sakini Salmanov Əli deyir ki, yaşadığı kəndin əhalisi baramaçılıqla məşğul olub: "Bu sahədə bizim zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdük."
Baramaçılıqla məşğul olan digər sakinlər də qeyd edirlər ki, ipəkqurdu olan otağın teperaturu 24-25C olmalıdır. Keyfiyyətli barama əldə etmək üçün isə gərək, tut yarpağı əskik olmasın. İpəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.
Bu il Şəmkir rayonunda 7.5 barama istehsalı nəzərdə tutulur.

 

Keçidlər