Növbəti "Məlumat Saatı" keçirildi
Müntəzəm olaraq həftənin birinci günləri Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçirilən “Məlumat saatı”nın növbəti iclası 01 may 2017-ci il tarixində baş tutmuşdur.
Tərtib edilmiş qrafikə uyğun olaraq növbəlilik prinsipi əsasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aparatının, Hüquq şöbəsinin əməkdaşı Ruslan İsmayılov ötən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Qanun, Fərman və Sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamları, digər mərkəzi icra orqanları tərəfindən qəbul edilmiş hüquqi normativ sənədlərlə və ölkəmizdə həmçinin dünyada baş verən ictimai-siyasi yeniliklərin qısa xronikası ilə aparat işçilərini tanış etmiş, sonda fikir mübadiləsi aparılmışdır.