Azərbaycan Uşaqlarının III Forumuna iştirakçıların seçilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2-3 aprel tarixlərində Şəmkir Heydər Əliyev Mərkəzində regional seçim görüşü keçirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə bu ilin oktyabr ayında Bakı şəhərində Azərbaycan Uşaqlarının III Forumunun keçirilməsini nəzərdə tutur.
Azərbaycan Uşaqlarının III Forumuna iştirakçıların seçilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2-3 aprel tarixlərində Şəmkir Heydər Əliyev Mərkəzində regional seçim görüşü keçirmişdir.
Şəmkir Heydər Əliyev Mərkəzində Gəncə, Samux, Tərətr, şəmkir, Qazax, Gədəbəy, Tovuz, Daşkəsən, Ağstafa, Göygöl, Naftalan, Goranboy rayonlarından Forumda iştirak etmək arzusunda olan, öz fəallığı və intellektual səviyyəsi ilə seçilən məktəblilər toplanmışdır. Görüşdə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev və Komitənin məsləhətçisi Fərid Ədilov iştirak etmişdir.
Fərid Ədilov bildirmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaxın vaxtlarda uşaqların iştirakçılığı ilə uşaq problemlərini müzakirə etmək üçün “Azərbaycan uşaqlarının III Ümumrespublika Forumu” keçiriləcək. Qəbul edilən müraciətlərdən sonra hər rayondan iki nəfər iştirakçı seçilərək foruma qatılmaq imkanı əldə edəcəkdir.