IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin - Şəmkir mərhələsi başlayıb
21 aprel 2017 | 16:00
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Şəmkir olub.
Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahəti dağların qoynuna sığınan füsunkar gözəlliyə malik Şəmkirdə davam edib.
Su mərasimi şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov tərəfindən Şəmkirçaydan səngə su doldurulması ilə nümayiş etdirildi.
Bu su qabı axşam saatlarında Şəmkir şəhərindəki Bayraq Meydanında keçiriləcək su festivalında və mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.