Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinədən keçirilməsi vəziyyətini müzakirə etmək məqsədilə rayon rəhbərliyi idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir.

03 aprel 2014 | 15:00

02.04.2014-cü il tarixində Şəmkir rayonunda Əhalinin tibbi müayinədən keçirilməsi vəziyyətini müzakirə etmək məqsədilə rayon rəhbərliyi idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və  rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir.
Tədbirdə Şəmkir  rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysov, Şəmkir  rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva,  Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov, Rayon Mərkəzi Xəstəxananın poliklinikasının şöbə müdiri Arif Sadıqov çıxış etmişlər.
Qeyd olunmuşdur ki, ilk növbədə rayonun idarə, müəssisə və təşkilatlarının işçi personalı  tibbi müayinədən keçmişdir. Daha sonra, rayon üzrə 204400 nəfər əhalidən yaşı 18-dən yuxarı olan 148773 nəfər əhalinin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur ki,  artıq rayon üzrə əhalinin 86235  nəfəri  tibbi müayinədən yararlanmışdır.
Şəhər üzrə 40942 nəfər əhalinin 18 yaşdan yuxarı 30535 nəfərinin tibbi müayinəyə cəlb olunması nəzərdə tululmuşdur ki, bunlardan da 17142 nəfəri artıq tibbi müayinədən keçmişdir.
Hal hazırda 18 nümayəndəliyə daxil olan 22 yaşayış məntəqəsində tibbi müayinələr başa çatmışdır.
Ümumilkdə şəhərdə olan əhalinin  56 %-i, Rayon əhalisinin 58 %-i tibbi müayinədən keçmişdir.
Sonda Rayon Rəhbərliyi tərəfindən vətəndaşların maneəsiz qəbul edilməsi və tibbi müayinənin yüksək səviyyədə davam etdirilməsi məqsədilə tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər