Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı xarici qonaqlarla görüşüb

19 aprel 2017 | 16:00

BOM Group şirkətinin nümayəndələri və Rusiya Federasiyasında "Tarqovıy Dom Azərsun"un direktoru Cahangir Cahangirovun Şəmkirdə olmalarının məqsədi kənd təsərrüfatında innovativ inkişafın əldə olunması və Şəmkir Aqroparkla əməkdaşlığın lazımı səviyyədə qurulması olub.
Aprelin 19-da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun, Hollandiyanın BOM Group şirkətinin təsisçisi və icraçı direktoru Mike Vermeij və həmin şirkətin əməkdaşı Bacoc Acimenoc, Rusiya Federasiyasında Tarqovıy Dom Azərsunun generalni direktoru Cahangir Cahangirovun və Aqroparkın rəhbəri Qüdrət Seyfullayevin birgə görüşü baş tutub.
Əvvəlcə qonaqları salamlayan rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov onları Şəmkirdə görməkdən olduqca məmnun olduğunu bildirib. Şəmkir rayonunun sosial-iqtisadi inkişafı və kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlar barədə geniş məlumat verilib.
Aqropark layihəsinin Şəmkirə düşməsinin təsadüfü olmadığını bildirən Alimpaşa Məmmədov qeyd edib ki, burada əlverişli iqlim və zəhmətkeş əhali kütləsi var. Aqroparkda yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün müvafiq işlər görülüb və hətda bununla bağlı bu sahədə çalışanlardan bəzliləri xarici ölkələrə ezam da olunub.
İcra başçısı bildirdi ki, Aqroparkla yanaşı Şəmkir rayonunda digər kənd təsərrüfatı sahələri bütün investorların üzünə şəffaf şəkildə açıqdır və bununla bağlı uğurlar əldə olunur.
Hollandiyanın BOM Group şirkətinin təsisçisi və icraçı direktoru Mike Vermeij Şəmkirdə olduğundan məmnun olduğunu və buranın füsunkarlığına heyran qaldığını bildirdi. Görüşdən əvvəl Şəmkir Aqroparkda və Ceyrançöl təsərrüfatında olduqlarını bildirən Mike Vermeij burada kənd təsərrüfatı üçün münbit şərait olduğunu vurğuladı. Şəmkir rayonunda olmalarının əsas məqsədi istilikxanaların və digər kənd təsərrüfatı sahələrində yüksək məhsuldarlığın əldə edilməsi üçün ixtisaslı kadrların hazırlanması, eyni zamanda xarici investorların buraya cəlb edilməsi olduğunu diqqətə çatdırdı. "Tarqovıy Dom Azərsun"un direktoru Şəmil Cahangirov Şəmkirdə kənd təsərrüfatına investisiya qoyulması və Şəmkir Aqroparkın rəhbərliyi ilə məhsulların ixracı barədə lazımı danışıqların yaxın vaxtlarda baş tutacağını bildirdi. Burada əlverişli coğrafi şəraitin olması yatırılmış investisiyadan yüksək gəlir əldə edilməsindən xəbər verdiyini vurğuladı.
Görüş geniş diskusiya şəraitində davam etdirilib.

Keçidlər