Şriftin ölçüsü :

Saytın rəngi :

“PAŞA Həyat Sığorta” ASC-nin nümayəndələri Şəmkirdə olub

19 aprel 2017 | 16:00

“PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşları bu gün Şəmkirdə olub.
Sığorta şirkətinin korporativ sığorta şöbəsinin rəhbəri Rauf Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovla görüşüb.
Görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb, onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
“PAŞA Həyat Sığorta” ASC-nin korporativ sığorta şöbəsinin rəhbəri Rauf Vəlizadə Şəmkir RİH başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib, “PAŞA Həyat Sığorta” ASC-nin regionda həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, “Paşa Həyat Sığorta” ASC nümayəndə heyətinin buraya gəlməkdə məqsədi Şəmkirlə sıx əlaqələrin qurulmasıdır. Eyni zamanda Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında da söhbət aparılıb.
Qonaqlar Şəmkirin qısa zamanda Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, rayondakı təmizliyə və gözəlliyə valeh olduqlarını da bildiriblər.

Keçidlər