Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlıların Soyqrımı gününə həsr edilmiş anım tədbiri keçirilmişdir.

01 aprel 2014 | 15:00

Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda da 31 mart Azərbaycanlıların Soyqrımı gününə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbir Şəmkir rayon İcra Hakimiyyətinin və Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində keçirildi. Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqrımı Günü elan olunması və bu Soyqrımın dünyada tanıdılması sahəsində böyük şəxsiyyətin gördüyü işlərdən danışdı.

Daha sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev 1917-ci ildə çar hökumətinin devrilməsindən sonra ermənilərin həyata keçirməyə başladığı mənfur plandan, Ümummilli Liderimiz Heydər Əliyevin 31 mart Soyqrımının dünya miqyasında tanıdılması siyasətindən və bu siyasətin cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ətraflı məlumat vermişdir.

Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə isə tədbir iştirakçılarının diqqətini XX əsrin əvvəllərində gedən proseslərə, o dövrdə baş verən tarixi hadisələrə yönəldərək əslində 31 mart Soyqrımının ilk olmadığını vurğulayaraq, həm 1905-1906-cı illərdə, həm 1918-ci il martın əvvəllərində və sonlarında Azərbaycanın bir çox bölgələrində soyqrım aktlarının həyata keçirildiyini iştirakçıların nəzərinə çatdırdı. Anım tədbiri 31 mart Soyqrımından bəhs edən sənədli filmə baxışla yekunlaşdırıldı.

Keçidlər