Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdir təyinatı

05 aprel 2017 | 16:00

Bu gün Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə gənc xanım yeni təyinat alıb. Gənclərə diqqət və qayğının göstərilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən birinə çevrilib.
Ölkə Prezidentinin ənənyə çevirdiyi bu siyasət bu gün Şəmkir rayonunda da uğurla həyata keçirilir. Belə ki, gənclərin rəhbər vəzifələrə təyin olunması artıq Şəmkirdə geniş vüsət almışdır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Əmrinə əsasən Hüseynli Nigar Etiqad qızı Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları Nigar Hüseynlini Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının kolektivinə təqdim edib.
Təqdimat iclasında çıxış edənlər Şəmkir rayonunda aparılan kadr islahatlarında gənclərin xüsusi olaraq önə çəkilməsini qeyd etmişdirlər. Bildirilmişdir ki, gənc kadrlara göstərilən etimad, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinin əsas səbəbidir.
Tədbirdə iştirak edən gənclər yeni təyin olunmuş müdiri təbrik edərək, ona gərgin və şərəfli işində uğurlar arzu etmişlər.
Qeyd edək ki, bundan əvvəl Nigar Hüseynli Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında İnformasiya təminatı və təhlili sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.

Keçidlər