Şəmkir IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
IV İslam Həmrəyliyi Oyunlarını ən azı 50 ölkə gənclərinin ikiqat bayramına çevirəcək. Bu tarixi hadisə İslam ölkələrinin gəncləri arasında təkcə idman deyil, bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm tədbir olacaq.
2017-ci ilin 12-22 May tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Xəzərdən Başlayan Səyahət” layihəsi çərçivəsində 21 Aprel 2017-ci il tarixdə Şəmkir rayonunda keçiriləcək tədbirlərlə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Təşkilat komitəsinin yaradılması haqqında müvafiq Sərəncam imzalayıb.
“Xəzərdən Başlayan Səyahət” layihəsi çərçivəsində 21 Aprel 2017-ci il tarixdə Şəmkir rayonunda tədbirlərin yüksək səviyyədə keçirilməsinə təşkilati, texniki və tənzimləyici sahədə köməklik göstərilməsi məqsədilə aprelin 3-də Təşkilat komitəsinin ilk iclası keçirilib.
İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək Təşkilat komitəsinin üzərinə düşən vəzifələri müzakirə edib və onlara tədbirlərin yüksək səviyyədə təşkil olunması ilə bağlı aidiyyəti üzrə lazımı göstərişlərini verib.
Çıxış edən Təşkilat komitəsinin üzvləri keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün aidiyyəti üzrə lazımı işlərin görüləcəyini bildiriblər.