Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə ənənəvi Beynəlxalq Şahmat turniri keçiriləcək

31 mart 2017 | 16:00

Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” ASC-nin təşkilatçılığı ilə 20 aprel - 1 may tarixləri ərzində Şəmkir şəhərində mərhum Azərbaycan şahmatçısı, üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bu turnirin yüksək səviyyədə keçirilməsinə təşkilati, texniki və tənzimləyici köməklik göstərilməsi məqsədi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Martın 31-də Təşkilat Komitəsi üzvlürənin, Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” ASC-nin əməkdaşlarının iştirakı ilə iclas keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Təşkilat Komitəsinin üzərinə düşən vəzifələri açıqlayıb və turnirin yüksək səviyyədə təşkil ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Şəmkirdə Vüqar Həşimovun xatirəsinə 4-cü dəfə keçiriləcək beynəlxalq şahmat turnirinin ənənə halını aldığını bildirib. F.Həsənov bu turnirlərin yüksək səviyyədə təşkilində rolu olan bütün dövlət qurumlarına öz dərin təşəkkürünü bildirib.
Təşkilat Komitəsinin üzvləri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Keçidlər