Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı fermer təsərrüfatında olub

29 mart 2017 | 16:00

 

Son illər Şəmkir rayonunda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 29 mart 2017-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Elxan Hüseynovun fermer təsərrüfatında olub. İcra başçısı bildirib ki, dövlətimiz kənd təsərrüfatını daha da inkişaf etdirmək, işin səmərələliyini və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün qarşıya mühim vəzifələr qoymuşdur. Bu baxımdan heyvandarlar qarşısında da daha mühüm vəzifələr durur.
Qeyd edək ki, Elxan Hüseynovun fermer təsərrüfatında irili xırdalı 2000-dən çox mal saxlanılır.

Keçidlər