“Ölkəmizi tanıyaq” Şəmkir rayonunda
25 mart 2017 | 16:00

Tur-aksiya iştirakçılarını Heydər Əliyev Mərkəzinin önündə Şəmkir Rayon İcra hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri qarşılayıb.
Tur-aksiya iştirakçılarını salamlayan Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin fisunkar rayonu Şəmkirin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər.
Şəmkirdə olduqları müddət ərzində məktəblilər Heydər Əliyev Mərkəzində, Şəmkir qalasında, Bayraq Muzeyində, Alman Lüteran kilsəsində və Zəka Gənclər Mərkəzində olacaqlar.