Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab N.V.Veysovun Təhlükəsizlik Orqanlarının yaranmasının 95-ci ildönümü münasibətilə Ç I X I Ş I
Hörmətli toplantı iştirakçıları!
Mart ayının 28-də Azərbaycan Təhlükəsizlik Orqanlarının yaranmasının 95-ci ildönümü tamam olur.
Azərbaycan Təhlükəsizlik Orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.
1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq zaman kəsiyi ümumiyyətlə öyrənilmədiyindən, xüsusi xidmət orqanlarının tarixi də diqqətdən kənarda qalmışdır.
50-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsissatlardan əsirgəməmişdir.
Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. SSRİ-yə daxil olan digər respublikaların nümayəndələri nazirliyi və ölkəni tərk etdilər, orqanın yerli kadrlardan komplektləşdirilməsi dövrü başladı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyyəti deyildi- ilk növbədə nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün inkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəldilmişdisə- Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qurupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətlərinin qarşısını almaqdan ibarətdir.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin dövlət başçısı seçildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində islahatlar başlanıldı. Bu islahatlar Milli Təhlükəsizlik Nazirliyinin müstəqili Azərbaycan Respublikasının Milli Təhlükəsizliyinin təminatında iştirak edən müasir xüsusi xidmət orqanı kimi formalaşması məqsədini daşıyırdı. Bu dövrdən sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytirallaşması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur.
Nazirliyin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması-korrupsiya, terrorizim, narkotik vasitələrin və radioktiv maddələrin, odlu silah və döyüş sürsatının beynəlxalq qanunsuz dövriyyəsi ilə mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur.
Milli Təhlükəsilik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsilik Nazirliyinin Əsasnaməsi, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları, İcra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilə və sazişlər təşkil edir.
Milli Təhlükəsilik Nazirliyinin Şəmkir rayon şöbəsinin bütün əməkdaşlarını respublika Təhlükəsizlik Orqanlarının yaranmasının 95-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlar və can sağlığı arzulayıram.