Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirli məktəblilər “Ölkəmizi tanıyaq” tur aksiyasında

16 mart 2017 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib.
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində şəmkirli məktəblilər martın 16-da Qəbələ, Şəki, Zaqatala rayonlarına yola düşüblər. Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayon icra hakimiyyətinin, gənclər idarəsinin və təhsil şöbəsinin əməkdaşları ilə yanaşı valideynlər də iştirak ediblər.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirdi ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaqdır.
Tərkibində 40 məktəblinin və 5 nəzarətçinin olduğu qrup 4 gün müddətində Respublikamızın rayonları ilə yaxından tanış olacaq, tarixi, mədəni abidələr haqqında geniş məlumat əldə edəcəklər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslara əyləşərək yola düşüblər.

Keçidlər