Şriftin ölçüsü :

Saytın rəngi :

Son seminar müşavirə Düyərlidə keçirildi

14 mart 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun “2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” haqqında 15 fevral 2017-ci il tarixli hesabat yığıncağının qərarından irəli gələn vəzifələrin həlli ilə əlaqədar rayonda seminar müşavirələrin sonuncusu keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin zonalar üzrə seminar müşavirənin gündəlik cədvəlinə daxil olan mövzular təsərrüfatbaşına kitabların işlənməsi, daxil olan yazılı və sifahi müraciətlərin müvafiq jurnallarda qeydə alınması, qarşıya qoyulan vəzifələr və nümayəndəliklərdə görülən işlərin müzakirəsidir.Bütün göstərilən mövzulara uyğun olaraq son tədbir Düyərli kəndində baş tutub.
Seminar müşavirədə Düyərli, Zəyəm Cırdaxan, Tatarlı, İrmaşlı, Ələsgərli, Daşbulaq kəndləri üzrə icra nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşları iştirak ediblər.

Keçidlər