Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərlə görüş

13 mart 2017 | 16:00

Martın 13-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmmədov rayonun ictimai-siyasi həyatında fəal rol oynayan, öz istedadı və bacarığı ilə seçilən gənclərlə görüş keçirib.

Tədbiri giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı gəncləri salamlayaraq bu qəbildən olan tədbirlərin artıq ənənə halını aldığını qeyd edib. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Alimpaşa Məmmədov gəncələrə hər saniyələrinin dəyərini bilmələrini tövsiyyə edib:"Bu gün itirdiyiniz hər gün, gələcəkdə itirilmiş bir ilə bərabər olacaq"
Görüşün əsas məqsədi gənclərin şəbəkələşməsi, informasiya texnologiyaları sahəsinə marağının artırılması, sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması, sosial şəbəkələrin düzgün istifadəsinin təbliği olmuşdur.
Böyük diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova öz minnətdarlıqlarını bildirən gənclər əmin etdilər ki, hər biri Prezident cənab İlham Əliyev siyasətini dəstəkləyir və onlar göstərilən etimadı doğrultmaq üçün səylə çalışacaqlar.
İşgüzar və səmimi şəraitdə keçən görüşdə iştirak edən gənclərin çoxsaylı təklifləri dinlənildi, sualları cavablandırıldı.

 

Keçidlər