Abbaslı kəndində seminar müşavirə keçirildi
2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 15 fevral 2017-ci il tarixli hesabat yığıncağının qərarından irəli gələn vəzifələrin həlli ilə əlaqədar seminar müşavirə keçirilib.
09 mart 2017-ci ildə tarixində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin zonalar üzrə seminar müşavirənin gündəlik cədvəlinə uyğun olaraq növbəti tədbir Abbaslı kəndində keçirilib.
Seminar müşavirə Abbaslı, Aşağı Seyfəli, Yuxarı Seyfəli, Mehirli, Nərimanlı, Könüllü və Yeni Həyat kəndləri üzrə İcra nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarının iştirakı ilə keçirilmişdir.