Seminar müşavirə keçirildi
03 mart 2017 | 16:00
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə Şəmkir Regional Ədliyyə Şöbəsi və rayon bələdiyyələri ilə birlikdə seminar müşavirə keçirilib.
Seminarda “Bələdiyyə torpaqlarının idarə edilməsi”, “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında Azərbaycan Respublikasının qanunundan irəli gələn tələblər və yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin işlənilməsi mövzusu ətrafında müzakirələr aparılıb.