Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya səfiri Şəmkirdə - Yeni müqavilələr imzalandı

06 mart 2017 | 16:00

Şəmkir rayonunda yerləşən Excelsior otelində Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” vasitəsilə həyata keçiriləcək “Şəmkir rayonunu Dəllər kəndində su təchizatı sisteminin tikintisi”, “Şəmkir rayonunu Atabəy kəndində tibb məntəqəsinin tikintisi”, “Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndində su təchizatı sisteminin tikintisi”, “Ağstafa rayonunun Saloğlu kəndində tibb məntəqəsinin tikintisi” və “Gədəbəy rayonunun Dəyirmandağ kəndində tibb məntəqəsinin tikintisi” layihələri üzrə qrant müqavilələrinin imzalanma mərasimi keçirilmişdir.
Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi və Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, Milli Məclisin deputatları Sahibə Qafarova və Məlahət İbrahimqızı və Ağstafa, Gədəbəy rayonlarının nümayəndələri iştirak ediblər.Mərasimi giriş sözü ilə açan Alimpaşa Məmmədov Yaponiya hökumətinə və səfir Tsuquo Takahaşıyə şəmkirlilər adından təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki,artıq bir neçə ildir ki, Yaponiya səfirliyi ilə rayon İcra Hakimiyyəti arasında yaranmış əməkdaşlıq və dostluq bu gün də uğurla davam etdirilir. Minnətdarlıq hissi ilə bildirirəm ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Şəmkir rayonunda icra edilənn layihələr öz bəhrəsini verməkdədir.

“Şəmkir rayonunu Dəllər kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsini Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tsuquo Takahaşi və “Gəncə Regional Qadın Mərkəzi” təşkilatının sədri Türkan Əlizadə, “Şəmkir rayonunu Atabəy kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə, “Qadınların Təhsil Mərkəzi” İctimayi Birliyinin sədri Cəmilə Qafarova, “Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üzrə “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, “Ağstafa rayonunun Saloğlu kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə “Lider Qadınlar” İctimai Birliyinin sədri Məlahət İbrahimqızı, “Gədəbəy rayonunun Dəyirmandağ kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə isə “Gənclərin Maarifləndirilməsi və Təlim” İctimai Birliyinin sədri Elnura Əsgərova imzalamışdır.

Layihələrin əsas məqsədi 4 rayonda su təchizatı və tibb məntəqəsinin tikilməsi ilə yeri sakinlərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır. Şəmkir rayonunda olan su təchizatı üzrə layihənin ümumi məbləği 82,963 ABŞ dolları, tibb məntəqəsi üzrə layihənin ümumi məbləği 83,330 ABŞ dolları, Daşkəsəndə olan layihənin ümumi məbləği 82,765 ABŞ dolları, Ağstafada olan layihənin ümumi məbləği 82,550 ABŞ dolları, Gədəbəy rayonunda olan layihənin ümumi məbləği isə 83,190 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, bu vaxta qədər yuxarıda qeyd olunmuş layihələr də daxil olmaqla Daşkəsən rayonunda 2 layihə, Ağstafa rayonunda 2 layihə, Qədəbəy rayonunda 6 layihə və Şəmkir rayonunda da 6 layihə üzrə qrant müqavilələri imzalanmışdır .

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması olan layihələrini dəstəkləyir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 222 və ümumi dəyəri isə 18,950,433 ABŞ dolları təşkil edir.

Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1.1 milyard ABŞ dollarını keçmişdir.

Keçidlər