Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə hər həftə "Məlumat Saatı" keçirilir

06 mart 2017 | 16:00

Müntəzəm olaraq həftənin birinci günləri Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçirilən “Məlumat saatı”nın növbəti iclası 06 mart 2017-ci il tarixində baş tutmuşdur. Tərtib edilmiş qrafikə uyğun olaraq növbəlilik prinsipi əsasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aparatının, Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Abdulla Sadıqov ötən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Qanun, Fərman və Sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamları, digər mərkəzi icra orqanları tərəfindən qəbul edilmiş hüquqi normativ sənədlərlə və ölkəmizdə həmçinin dünyada baş verən ictimai-siyasi yeniliklərin qısa xronikası ilə aparat işçilərini tanış etmiş, sonda fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında hər həftənin birinci günü saat 09:00-dan 10:00-dək “Məlumat saatı” keçiriləcəkdir.

Keçidlər