Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 2016-cı ilin sosial - iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun hesabat MƏRUZƏSİ

15 fevral 2017 | 16:00

Şəmkir  rayonunda  2016-cı ilin sosial - iqtisadi  inkişafının
          yekunları  və  qarşıda duran vəzifələr haqqında Rayon İcra
          Hakimiyyətinin  başçısı  cənab  Alimpaşa  Məmmədovun hesabat
        


MƏRUZƏSİ


Hörmətli qonaqlar!

Hörmətli yığıncaq iştirakçıları!

Qlobal maliyyə böhranına, dünya iqtisadiyyatında cərayan edən mənfi təzahürlərə baxmayaraq Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmiş, ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunmuş və yüksək təhlükəsizlik tədbirləri görülmüşdür. Bununla da Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrilmişdir.
Ötən il öz dövlət müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu, sosial-iqtisadi strategiyanı müasir dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə özünün inkişaf modelini dünyaya təqdim edə bilmişdir.
Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. İl ərzində 15 dövlətin rəhbəri, 13 ölkənin baş naziri və spikeri, ümumiyyətlə isə 42 ölkənin rəsmisi, 26 beynəlxalq təşkilatın təmsilçisi Azərbaycana səfər etmişdir.
2016-cı il Azərbaycan  iqtisadiyyatında iqtisadi islahatlar ili kimi yadda qalacaqdır. Ölkə prezidenti tərəfindən imzalanmış fərman və sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirmiş, iqtisadiyyatın gələcəkdə qeyri-neft sektorunun hesabına inkişafına təkan vermişdir.
Dünya bazarlarında neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi nəticəsində ümumi daxili məhsul istehsalının azalmasına baxmayaraq qeyri-neft sənaye istehsalı 5 faiz artmışdır. Müvafiq olaraq görülmüş operativ tədbirlər nəticəsində kənd təsərrüfatında 2,6 faiz artım əldə olumuşdur.
Ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar investisiya qoyulmuşdur ki, bununda 8 milyard dolları xarici investisiya olmuşdur.
2016-cı ildə Azərbaycanın valyuta ehtiyatlarının, xüsusilə də Neft Fondunun vəsaitlərinin qorunması təmin edilmişdir.
Respublika üzrə əhalinin sosial durumu daima diqqət mərkəzində saxlanılmışdır. İl ərzində maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır.
Sosial infrastruktur layihələri çərçivəsində 485 məktəb təmir edilmiş,    29 yeni məktəb tikilmiş və 41 xəstəxana binası tikilmiş və ya təmir edilmişdir.
Dövlət idarəetmə sahəsində inqilabi nailiyyət hesab edilən, “Asan xidmət”in imkanları daha da genişləndirilmiş, bu xidmətin mərkəzlərinin sayı 11-ə çatmışdır. Son illər ərzində “Asan xidmət”ə 13 milyon müraciət daxil olmuşdur.
“Asan viza”nın tətbiqi nəticəsində ölkəmizə gələn turistlərin sayı  11 faiz artmışdır.
2016-cı ilin aprel ayının əvvəlində növbəti erməni təxribatı zamanı Azərbaycan Ordusu əks-hücüm əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu Azərbaycan  Ordusunun son illər ərzində əldə etdiyi ən böyük uğurlu hərbi əməliyyat olmuşdur. Aprel döyüşləri bütün dünyaya Azərbaycan dövlətinin, xalqının və ordusunun bir daha gücünü göstərmiş oldu. Bir daha onu göstərdi ki, Azərbaycan istənilən vaxt hərbi yolla öz torpaqlarını azad edə bilər.
Həmin dövrdə danışıqlara cəhd göstərən Ermənistan rəhbərliyi sonradan öz havadarlarının köməyi ilə danışıqlardan imtina edərək əvvəlki məkrli siyasətlərini davam etdirirlər.
Biz inanırıq ki, ermənilərin qeyri konstruktiv mövqeyinə baxmayaraq Azərbaycan öz tarixi torpaqlarını istənilən yolla işğaldan azad edəcək.
Ötən il ölkənin enerji siyasətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. “Cənub qaz dəhlizi” və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı mühüm işlər görülmüşdür.
Nəqliyyat sektorunda da önəmli hadisələr baş vermişdir. Rusiya-Azərbaycan-İran dəmir yollarının birləşdirilməsi layihəsi olan “Şimal-Cənub dəhlizinin” yaradılması işində ciddi addımlar atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə İran sərhəddinə qədər dəmir yolunun tikintisi qısa müddət ərzində başa çatdırılmışdır.
Bu layihənin başa çatdırılması nəticəsində Rusiyadan İrana, Pakistana və əks istiqamətə yüklər Azərbaycan ərazisindən keçəcək. Eyni zamanda Naxçıvan dəmir yolu blokadasından çıxaraq İran dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək.
2016-cı il Azərbaycan idmançıları üçün uğurlu il olmuşdur.
Rio Olimpiya oyunlarında 18 medal qazanan Azərbaycan komandası qazanılan medalların sayına görə 14-cü, Avropada 7-ci, keçmiş sovet respublikaları arasında Rusyadan sonra ikinci, müsəlman ölkələri arasında isə birinci yeri tutmuşdur.
Keçən il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendum Azərbaycan xalqının iradəsinin parlaq ifadəsi oldu.
Azad, şəffaf və demokratik şəraitdə keçirilən bu referendum zamanı seçicilər bir daha ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu bir mənalı şəkildə dəstəklədiklərini dünyaya nümayiş etdirdilər.
2016-cı il Azərbaycan tarixində “Multikulturalizm” ili kimi yadda qaldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müdrikcəsinə düşünülmüş bu ideya Azərbaycan dövlətinin siyasətinin cəmiyyətin əhval-ruhiyyəsini əks etdirirdi.
İl boyu keçirilən tədbirlər bir daha Azərbaycanın Dünyanın Multikulturalizm mərkəzlərindən biri olduğunu nümayiş etdirdilər.
Ötən il ölkəmizdə bir sıra mötəbər tədbirlər keçirilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, ənənəvi Bakı Beynəlxalq Humanitar  Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin Beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmuşdur.
Roma papasının Azərbaycana səfər zamanı Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərə dair verdiyi bəyanatlar da xüsusi qeyd edilməlidir.
2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu isə Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunun göstəricisidir. Çox səmimi, düzgün, prinsipial siyasət yeridən Azərbaycan dövləti islam aləmi birliyinin yaranmasında daima öz töhvəsini verir.
Elə bir siyasətin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etmişdir.
Ölkəmiz 2017-ci ilə dünyada siyasi və iqtisadi böhranın daha da dərinləşdiyi bir vəziyyətdə qədəm qoymuşdur. Növbəti ildə qarşıda duran vəzifələr 2017-ci ilin 10 yanvar tarixində Nazirlər Kabinetinin   2016-cı ilin yekunlarına həsr olunmuş iclasında və 30 yanvar 2017-ci il tarixdə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev tərəfindən bütün dövlət qurumları və təşkilatlar qarşısında bir mənalı şəkildə düzgün olaraq müəyyənləşdirilmişdir.
2017-ci ildə ilk növbədə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli həddə saxlanılması nəzərdə tutulur. İl ərzində bank sektorunun sağlamlaşdırılması, şəffaflaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılacaq.
Cari ildə ölkədə sənaye parklarının, sənaye zonalarının tikintisi genişlənəcək. Kənd təsərrüfatında pambıqçılığın, baramaçılığın, fındıqçılığın inkişaf etdirilməsi, xurma, zeytun, nar, badam bağlarının genişləndirilməsi  həyata  keçiriləcək.
Üzüm və tütün istehsalının artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyi göstəriləcək.
2017-ci ildə yaşayış məntəqələrinin qazlaşdırılması, yeni yollaın çəkilməsi, içməli su layihələrinin davam etdirilməsi və digər infrastrukturların yaradılması ilə bağlı mühüm işlər yerinə yetiriləcək.
Biz inanırıq ki, Azərbaycan Respublikası 2017-ci ildə Azərbaycan Respublikasının   Prezidenti   cənab İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurların sayını daha da artıracaq, bütün sosial proqramlar və infrastruktur layihələri uğurla yerinə yetirəcək.

Hörmətli qonaqlar!

Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayonunda 2016-cı ildə bütün sahələrdə nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham  Əliyev tərəfindən qayşıya qoyulmuş vəzifələrin, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında geniş tədbirlər planı hazırlanmış və icrası təmin olunmuşdur.
Bundan başqa ilk dəfə olaraq Şəmkir rayonunun növbəti beş il üçün inkişaf konsepsiyası hazırlanmışdır.
Kənd təsərrüfatı, sənaye, turizm və marketinq sahələrini əhatə edən inkişaf konsepsiyasına uyğun olaraq həyata keçiriləcək tədbirlər Şəmkir rayonunun sosial -iqtisadi və mədəni inkişafinda mühüm rol oynayacaqdır.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 24 iclası keçirilmiş və həmin iclaslarda rayonun sosial-iqtisadi və mədəni həyatına dair 30 məsələ müzakirə olunmuşdur.
2016-cı ildə rayon əhalisinin sayı 3,2 min nəfər artaraq 212,5 min nəfər olmuşdur.
Rayonda 1168 nigah, 179 boşanma halı qeydə alınmışdır. Əvvəlki ilə nisbətən nigahların sayı 548 ədəd, boşanmaların 10 ədəd artmışdır. İl  ərzində 3652 nəfər doğulmuş, 1345 nəfər vəfat emişdir.
Azərbaycan Respublikası  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 20 tədbirin hər biri üzrə işlər davam etdirilmişdir.
2016-cı ildə rayonda 494 milyon 635 min manatlıq (əvvəlki ildəkindən 4,3 faiz çox) ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 3 faiz artaraq 2327 manat təşkil etmişdir.
Sənaye sahəsində 33 milyon 203 min manatlıq (əvvəlki ildəkindən 31,9 faiz çox), kənd təsərrüfatında, 255 milyon 276 min manatlıq məhsul buraxılışı, pullu xidmətlərin həcmi 8,0 faiz artaraq 88 milyon 476  min manat, əmtəə dövriyyəsinin həcmi 16,1 faiz artaraq 364 milyon manat, tikinti işlərinin həcmi 12,5 faiz artaraq 80 milyon 432 min manat olmuşdur.
Rayonun 2016-cı il üçün yerli gəlir və xərclər  39066,0 min manat (otuz doqquz milyon 66 min manat) proqnozlaşdırılmışdır. Yerli gəlir 10 milyon 754 min manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 28 milyon 312 min manat nəzərdə tutulduğu halda yerli büdcənin gəlirləri 7,7 faiz artıq icra edilməklə 42 milyon 91,5 min manat olmuşdur.
Dövlət büdcəsinin vəsaitlərinin təyinatı üzrə xərclənməsi məsələsi daima Şəmkir Rayonu İcra Hakimiyyəti  tərəfindən nəzarətdə saxlanılmış, rübdə bir dəfə büdcədən maliyyələşən təşkilatların və maliyyə qurumlarının iştirakı ilə aşkarlıq şəraitində müzakirə edilmiş və rayon üçün əhəmiyyət kəsb edən qərarlar qəbul edilmişdir.
Hazırda rayonun 2017-ci il üçün büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi istiqamətində tədbirlər görülür.
Dövlət Sığorta Kommersiya Şirkətinin Şəmkir rayon filialı tərəfindən  140 min manat plan tapşırığına qarşı 84 min manat tədiyyə toplanılmış   60 faiz əməl edilmişdir. Göründüyü kimi rayonda sığorta vəsaitlərinin toplanılması işinin təşkili əvvəlki ilə nisbətən yaxşılaşmaq əvəzinə daha da pisləşmişdir. Sığorta məsələləri ilə bağlı rayon əhalisi arasında maarifləndirmə işi aşağı səviyyədə təşkil olunduğundan vətəndaşlar təbii fəlakətlər: yanğın, qəza və digər fövqəladə hallar zamanı əmlaklarına dəyən zərərin ödənilməsində çətinliklə üzləşməli olurlar. Ona görə də rayon ərazisində fəaliyyət göstərən  bütün qurumlar sığorta işinin təşkilinə yaxından köməklik göstərməlidirlər.
Əsas  kapitala 88 milyon 722 min  manat investisiya yönəldilmişdir. İl ərzində investisiya qoyuluşunun 80 milyon 432 min manatı tikinti quraşdırma işlərinə ayrılmışdır.
Hesabat dövründə rayon üzrə ümumi sahəsi 38400 kvadrat metr, ümumi dəyəri 20 milyon 100 min manat olan 410 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
Gündəlik istehsal gücü 50 ton olan Şəmkir çörək zavodunda “Nəfis çörək” brendi altında hər gün 30 ton 15 növ çörək məhsulları istehsal olunur.
Şəmkir çörək zavodu Şəmkir rayonu ilə yanaşı respublikanın qərb bölgəsinin rayonlarının da əhalisini  keyfiyyətli çörəklə təmin edir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq  Şəmkir rayonunda quruculuq-abadlıq sahəsində bir sıra mühüm işlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən 2014-cü ilin 15 noyabr tarixində təməli qoyulmuş “Şəmkir Aqroparkı”nın tikintisi davam etdirilmişdir.
Könüllü və Abbaslı bələdiyyələrinin ərazisindən bu kompleksə 604 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazinin 100 hektarı sənaye zonası olmaqla meyvə-tərəvəz emalı müəssisəsi, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzinin, soyuducu anbarın və digər infrastruktur müəssisələrinin layihələndirilməsi işləri başa çatdırılmışdır.
Tutumu 21,2 min ton olan Logistika mərkəzinin tikintisinin 2017-ci ilin aprel-may aylarında başa çatdırılması nəzərdə tutulmuşdur.
Çinarlı bələdiyyəsinin təsis etdiyi “Çinarlı qəsəbə” MMC-nin nəzdində “Şəmkir səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışı üzrə “Yaşıl market”in tikintisinə 2015-ci ildə başlanılmışdır.
Layihəyə uyğun olaraq  bazarın tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 398-ci km-də MMC-yə məxsus olan 5 hektar torpaq sahəsində əhalinin kənd təsərrüfatı məhsulları, faraş meyvə-tərəvəz və bütün növ ərzaq məhsulları ilə təmin etmək məqsədi ilə milli memarlıq ənənələrinə uyğun olaraq  147 ədəd ağac konstruksiyasından ibarət olmaqla pərakəndə ticarətin təşkili üçün butiklər hazırlanmışdır. Ərazinin baş planına uyğun olaraq  ümumi sahəsi 500 kv-m-dən ibarət kafe, sahəsi 2000 kvm-ə yaxın müasir dizaynla “Super market”, 2 ədəd ət kəsimi və saxlama kamerası,     3 ədəd soyuducu anbar və 3 ədəd sanitariya qovşağı inşa olunmuşdur.
Əraziyə içməli və suvarma su xətti çəkilmiş, 350 kub metr tutumu olan su anbarı tikilmişdir.
Ümumi uzunluğu 700 p/m olan 3,5 metr hündürlüyündə təpəciklər hazırlanmış və üzərinə yaşıl qazon örtüyü salınmışdır. 630 KVA gücündə transformator yarımstansiyası və xüsusi dizaynla işıqlandırma sistemi quraşdırılmışdır.
“Şəmkir səbəti” yaşıl marketində 150 ədəd orta tonnajlı yük avtomaşınlarının dayanması və topdan satış ticarətin təşkili üçün xüsusi sahə yaradılmış və ətrafı abadlaşdırılmışdır. Yeni yaradılmış “Yaşıl market” də  500-ə yaxın yeni iş yeri yaradılmışdır. Yaxın aylarda”Yaşlı market”in tam açılışı həyata keçiriləcəkdir.
Şəmkir bələdiyyəsinin nəzdində 2015-ci ildə təsis edilmiş “Morul Tikinti” MMC tərəfindən 2016-cı ildə 12 800 p/m bardur, 14 min  200 kvadrat metr tamet, 22 min kub metr qum, 30 min kub metr çınqıl istehsal olunmuşdur.
      Dəllər qəsəbəsində 2,1 ha sahədə “Morul Tikinti” MMC-nin nəzdində saatda 56 ton asfalt istehsal gücünə malik olan Asfalt zavodu quraşdırılıb istifadəyə verilmişdir. Yol tikintisi üçün tələb olunan 40 müxtəlif markalı maşın və mexanizm gətirilmişdir.     
     Şəmkir şəhəri ərazisində 2470 metr uzunluğunda asfalt-beton örtüyü salınmış, bardür, tamet və suötürücü arxlar təmir edilmişdir. Rayon ərazisində 210 km kəndlərarası və kənddaxili yollar təmir edilmişdir. Şəmkir rayonunda kəndlərarası və kənddaxili yolların əsaslı təmirinin 3 il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur.
       Şəmkir şəhərinin Hərbi şəhərcik adlanan yaşayış massivində 400 yerlik xeyir-şər evinin yeni tikintisi başa çatdırılmış, həmin yaşayış massivində hərbçilər yaşayan 9 ədəd ümumi yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, binaların fasadları  xüsusi dizaynla yenidən qurulmuş, binadaxili su, kanalizasiya, elektrik,  rabitə, təbii qaz, istilik  sistemləri tamamilə dəyişdirilmiş, ərazidə abadlıq, yaşıllıq işləri aparılmış, yollara  asfalt örtüyü salınmış, səkilər üzlük bəzək daşları ilə üzlənmiş və işıqlanma sistemi yenidən qurulmuşdur. 
       Şəmkir şəhəri  S.Vurğun küçəsi 108 saylı ünvanda yerləşən 4 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1960-cı illərdə tikilmiş, müasir standartlara cavab verməyən uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. 2015-ci ildə rayonun daxili imkanları hesabına həmin binanın yerində müasir layihə əsasında 100 yerlik yeni körpələr evi-uşaq bağçasının binası tikilərək istifadəyə verilmişdir.
     “Azərxalça” ASC-nin nəzdində Şəmkir Xalça Fabrikinin tikintisinə başlanılmışdır. Tikinti altı sahəsi 1200 kv metr olan Şəmkir Xalça Fabrikində hal-hazırda  tikinti işləri davam etdirilir.
       
       Azərbaycan Respublikası Prezidenti tərəfindən investisiya fondundan ayrılmış 640 min 586 manat vəsait hesabına Şəmkir şəhəri və Dəllər qəsəbəsində 8 ədəd çoxmənzilli ümumi yaşayış binaları əsaslı təmir edilmiş, binadaxili su, kanalizasiya, elektrik, rabitə, təbii qaz, istilik  sistemləri tamamilə dəyişdirilmiş və abadlıq işləri aparılmışdır.        Nəticədə 231 yeni iş yerlərinin açılması həyata keçirilmişdir.
       Dəllər qəsəbəsində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasının binası müasir standartlara uyğun olaraq əsaslı təmir edilərək yeni avadanlıqlarla təmin edilmişdir.
      Şəmkir şəhəri N.Nərimanov adına Düyərli 1 saylı, Nərimanlı və Çaparlı kənd tam orta məktəbləri əsaslı təmir edilərək istifadəyə verilmişdir.
       Bakı-Qazax avtomobil yolunun 411-ci km-də səyyar hərbi hospital üçün torpaq sahəsi ayrılmış, orada tikinti-quraşdırma, abadlıq və yaşıllıq işləri aparılaraq normal iş şəraiti yaradılmışdır.
        Rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam böyümələri üçün idman sahəsinə diqqət atrırılmış, Rayon İcra Hakimiyyətinin köməyi ilə Şəmkir Olimpiya İdman Kompleksində, Kür və Zəyəm qəsəbələrində yerləşən futbol meydançaları əsaslı şəkildə yenidən qurulmuşdur.
       Şəmkir şəhərinin Əhməd Cavad, Sevil Qazıyeva və Məhəmməd Füzuli küçələrində asfalt-beton örtüyü salınmış, səkilərə üzlük bəzək daşı vurulmuş, su kanalları təmir olunmuş və beton bardürlər düzülmüşdür.
Qapanlı və Könüllü kənd həkim məntəqələri, eyni zamanda Poliklinika şöbəsinin binası əsaslı təmir edilmişdir.
Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. 2015-ci ildə Rayon İcra Hakimiyyətinin təşəbbüsü əsasında Şəmkir şəhəri Sabir küçəsində yerləşən 1955-ci ildə inşa olunmuş qış kinoteatrı binasına köçürülmüşdür. Bina uzun illər əsaslı təmir olunmadığı üçün istifadəyə yararsız vəziyyətə düşmüş, dam örtüyü, döşəmələr, qapı və pəncərələr, elektrik, istilik və digər kommunikasiyalar sıradan çıxmışdır. Rayonun daxili imkanları hesabına 2015-ci ildə tərtib olunmuş layihəyə uyğun olaraq xüsusi tərtibatla binada rekonstruksiya  və bərpa işlərinə başlanılmışdır. Binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsi milli memarlıq elementlərindən, milli şəbəkə və naxışlardan istifadə olunmaqla yenidən quraşdırılmışdır. Binanın daxilində divarlar, tavan və döşəmələr sökülərək yenidən inşa olunmuşdur. Muzeyin foye hissəsində eksponantların yerləşdirilməsi  üçün  xüsusi  lövhələr hazırlanmış, divar boyu Azərbaycan tarixini əks etdirən miniatur stildə divar rəsmləri (rospis)  işlənilmişdir. Ümumi sahəsi 205 kvm-dən ibarət zal tam təmir olunaraq Tarix-Diyarşünaslıq Muzeyi kimi hazırlanmışdır. Muzeyin ətrafında müasir dizaynla abadlıq, bərpa və yaşıllıq işləri başa çatdırılmışdır.
Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Rayon üzrə 165 min 631 hektar torpaq sahəsi vardır. Bundan 43 min 525 hektarı dövlət mülkiyyətində, 73 min 240 hektarı bələdiyyə mülkiyyətində, 48 min 866 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Əkin dövriyyəsində olan yararlı 46 min hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
2016-cı ildə 45 min 892 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 18 min 602 hektar sahədə taxıl əkilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə taxıl sahəsi 842 hektar artmışdır. Taxıl sahələrindən          57 min 932 ton məhsul əldə olunmuşdur. Hər hektardan məhsuldarlıq    35,7 sentner təşkil etmişdir. 
2017-ci ilin məhsulu üçün 14 min 565  hektar sahədə taxıl səpilmişdir.
Rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunmuşdur.
Belə ki, 2016-cı ildə rayonun tarixində ilk dəfə olaraq 876 hektar sahədə şəkər çuğunduru əkilmiş və həmin sahələrdən 14 min 400 ton məhsul əldə olunmuşdur.  Cari ildə 2 min hektara yaxın sahədə şəkər çuğunduru əkilməsi nəzərdə tutulmuşdur.
Ötən il  6497 hektar kartof sahəsindən 113 min 665 ton kartof, 6317 hektar tərəvəz sahəsindən 136 min 769 ton tərəvəz, 259 hektar bostan sahəsindən 5866 ton bostan məhsulları, 2405 hektar qarğıdalı sahəsindən 17 min ton qarğıdalı, 968 hektar günəbaxan sahəsindən   1661 ton günəbaxan, 3130  hektar meyvə bağlarından 60 min 225 ton meyvə  istehsal olunmuşdur. 
2016-cı ilin yay aylarında havaların quraq keçməsilə əlaqədar əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Şəmkirçay su anbarı və magistral kanalların  istismarı idarəsi, Şəmkir Suvarma Sistemləri idarəsi və Şəmkir Subartezian Quyuları İstismarı idarələrinin birgə fəaliyyəti nəticəsində əhalinin əkin suyuna olan təlabatı təmin edilmişdir. 
Qeyd etməliyəm ki, Şəmkirçay su anbarının istifadəyə verilməsindən sonra rayonun əksər yaşayış massivlərində uzun illərdən bəri mövcud olan su çatışmamazlığına son qoyulmuşdur.
Lakin, Zəyəm çayından götürülən su ilə təchiz olunan Zəyəm qəsəbə, Zəyəm Cırdaxan, Düyərli, Sabirkənd, İrmaşlı, Şiştəpə və Bayramlı kəndlərinin suya olan təlabatının ödənilməsində bir sıra çətinliklər aradan qaldırmaq mümkün olmamışdır. Bütün bunlara baxmayaraq Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən adları qeyd olunan yaşayış məntəqələrinin sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq Zəyəm çayından götürülən suyun itkisiz olaraq kənd əməkçilərinə çatdırılması və həmin bölgədə əlavə subartezian quyularının qazılması barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi qarşısında məsələ qaldırılmışdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şəmkir rayonu ərazisindən 2016-cı ildə qazılmış 14 subartezian quyusundan 10-u (Zəyəm qəsəbəsi, Zəyəm Cırdaxan, Düyərli, İrmaşlı və Şiştəpə kəndləri)  bu bölgədə qazılmışdır. Qazılmış subartezian quyuları yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcəkdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə uzun illərdən bəri istifadə olunmayan  25 km uzunluğunda “8 Mart” kanalı əsaslı təmir edilmiş və bununla da Zəyəm çayından götürülən su rayonun İrmaşlı kəndinə çatdırılmışdır. Həmin kanalın bərpası nəticəsində yüzlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir.
Rayon Subartezian quyularının istismarı idarəsi tərəfindən 776 ədəd subartezian quyusunun normal fəaliyyəti təmin edilmişdir. 2016-cı ildə Muxtariyyat, Mahmudlu və Aşağı Seyfəli kəndlərində vətəndaşların istifadəsində olan 4 ədəd subartezian quyusu Subartezian idarəsinin balansına götürülmüşdür. 
Lakin, bir sıra İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə icra nümayəndələrinin və sudan istifadə edənlər birliklərinin məsuliyyətsizliyi ucbatından mövcud su ehtiyatları əkinçilər arasında düzgün bölüşdürülməməsi nəticədə vətəndaşların Rayon İcra Hakimiyyətinə və mərkəzi icra orqanlarına şikayət xarakterli müraciətlər etmələrinə səbəb olur.
2016-cı ildə belə müraciətlər daha cox Şəmkir şəhər, Çinarlı qəsəbə, Təzəkənd, Könüllü, Keçili, Abbaslı, Aşağı Seyfəli, Dəllər Cəyir və Dəllər Daşbulaq kənd sudan istifadə edənlər birliyinin fəaliyyətinə dair olmuşdur. 
Aparılan təhlillərdən və əldə olunan məlumatlardan görünür ki, Sudan istifadə edənlər birliklərinin fəaliyyətlərində hələ də ciddi nöqsanlar mövcuddur.  
Müsbət haldır ki, kənd əməkçiləri tərəfindən 1515 hektardan çox sahədə istilikxanalar tikilmiş və həmin sahədə tərəvəz məhsulları yetişdirilir.
Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən subsidiyaların həcmi 25 faiz artırılaraq      50 manata çatdırılmış, il ərzində  10870 nəfərə 1 milyon 471 min            488 manat yardım verilmişdir.
Bundan başqa 14 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına təkrar əkin sahələrində istifadə olunan yanacaq və motor yağlarına görə 9751 manat dövlət büdcəsinin vəsaiti hesabına yardım verilmişdir.
Bildiyiniz kimi Şəmkir rayonu vaxtilə respublikamızın üzümçülük rayonlarından biri olmuşdur. Hazırda rayonda 556  hektar üzüm bağı vardır.
2016-cı ildə üzüm sahələrindən 22 min 165 ton məhsul toplanılmışdır.
Heyvandarlığın inkişafı, bu sahənin problemləri daim diqqət mərkəzində saxlanılmışdır.
İri buynuzlu mal-qaranın sayı 61358 başa, qoyun və keçilərin sayı  298 min 585 başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qaranın sayı 109 baş, qoyun və keçilərin sayı 7967  baş artmışdır.
2016-cı ildə 10940 ton ət (diri çəkidə), 56 min 355 ton süd, 482 ton yun, 41 milyon 510  ədəd yumurta istehsal olunmuşdur.
Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,3  faiz, süd istehsalı 3,2 faiz, yun istehsalı 0,3 faiz artmış, yumurta istehsalı 43,2 faiz azalmışdır.
Yumurta istehsalının azalmasına səbəb Şəmkir Quşçuluq Fabrikinin fəaliyyətini dayandırması olmuşdur.
Rayonun Ceyrançöl ərazisində iri kənd təsərrüfatı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır.
Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq əhalinin yerli və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün rayonun Ceyrançöl qış otlaq ərazisinin 8 min hektar  torpaq sahəsində iri nümunəvi taxılçılıq, bitkiçilik və tərəvəzçilik təsərrüfatının yaradılmasına başlanılmışdır.
Hazırda dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri hesabına Ceyrançöl ərazisində suvarma suyunu təmin etmək üçün yeni su xətti çəkilir və sututarlar (göllər) inşa olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 25s nömrəli sərəncamı ilə Şəmkir rayonunun ərazisindən 8000 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və həmin  torpaqların əkin dövriyyəsinə cəlb edilməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir.
Təəssüflə qeyd etməliyəm ki, rayon üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı  torpaqların təyinatının dəyişdirilməsi barədə aidiyyatı mərkəzi icra orqanları qarşısında qaldırılan məsələlərə vaxtında münasibət bildirilmədiyindən bir sıra dövlət əhəmiyyətli, əhalinin ümumi maraqlarına cavab verən layihələrin icrasına vaxtında başlamaq mümkün olmamışdır.
Çənlibel bələdiyyəsi tərəfindən təsis edilmiş “Maral”MMC-nin nəzdində istirahət mərkəzi və maralçılıq təsərrüfatı yaradılmışdır. Təsərrüfatda Rusiya Federasiyasından gətirilmiş “Bloqorodnıy”  növünə aid 60 baş maral saxlanılır.  İstirahət mərkəzində  62 ədəd müxtəlif ölçüdə bisetkalar quraşdırılmış və əhaliyə piknik xidmətləri göstərilmişdir. Layihənin həyata keçirilməsində məqsəd ərazidə maralçılığın və turizmin inkişaf etdirilməsidir.                
Rayonun Baytarlıq idarəsi tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində mal-qara, qoyun-keçi və digər heyvanlar arasında infeksion xəstəliklər baş verməmişdir. 
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, aztəminatlı ailələrə maddi dəstəyin göstərilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.
      “Ünvanlı Dövlət Sosial yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq rayon ərazisində yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 2162 ailənin     10 min 377 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.
    “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”nin 4.6.8-ci bəndinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 01 iyun 2016-cı il tarixli, 100 nömrəli və 22 avqust 2016-cı il tarixli 146 nömrəli Sərəncamları ilə ailə başçısını itirmiş və aztəminatlı ailələrə Rayon İcra Hakimiyyəti tərəfindən 1115 manat maddi yardım göstərilmişdir.
        Bundan başqa  rayon ərazisində yaşayan aztəminatlı və imkansız  1235 ailəyə iki dəfə ərzaq yardımı verilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 26 min    390 nəfər əmək pensiyaçılarına xidmət göstərilmiş, 1281 nəfərə əmək pensiyası təyin olunmuşdur.
İdarə tərəfindən 9 milyon 188,6 min manat məcburi dövlət sosial sığorta haqqı toplanmış və proqnoz tapşırığa 85.0 faiz əməl edilmişdir. 
Rayon ərazisində bütün növ pensiya və müavinətlərin verilməsi plastik kartlar vasitəsi ilə təmin olunmuşdur.
Vətəndaşların müraciətləri nəzərə alınaraq rayonun Aşağı Seyfəli kəndinin ərazisində 1 ədəd yeni bankomat quraşdırılmış və bununla da rayon ərazisində fəaliyyət göstərən bankomatların sayı 36-ya çatdırılmışdır.  
¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-ci illər) uyğun olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları ilə bağlı bir sıra tədbirlər görülmüşdür.
İl ərzində iş axtaran vətəndaşlardan 5876 nəfəri qeydiyyata götürülmüşdür. 
Rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında 998 nəfər rayon sakini işlə təmin olunmuşdur ki, onlardan 189 nəfəri qadınlar, 308 nəfəri isə gənclərdir.
Rayon ərazisində əmək ehtiyatlarından səmərəli və düzgün istifadə olunması məqsədilə vakant iş yerləri və işləməyən əhalinin uçotunun aparılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında bir sıra tədbirlər görülmüşdür.
Rayon ərazisində fəaliyyət göstərən bütün idarə və müəssisələrdə vakant vəzifələrin siyahısı dəqiqləşdirilmiş, iş axtaran vətəndaşların müraciətləri əsasında kadr bankı yaradılmışdır. 
Əvvəlki ilin hesabat yığıncağında rayonun səhiyyə sistemində kadr çatışmamazlığı ilə bağlı  iradlar səsləndirilmişdir.
Bu sahədə işə götürmə prosedurunun qeyri-müəyyənliyi səbəbindən 2016-cı ildə də rayonun səhiyyə müəssisələrində 74 həkim və 99 orta tibb işçisi yeri vakant qalmışdır.
2016-cı ildə rayonun avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2 milyon 482 min ton yük daşınmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3.7  faiz çoxdur.
Rayonda 20 min 109 ədəd minik avtomobili mövcud olmuşdur. Hazırda rayon üzrə hər 100 ailənin 42-nin şəxsi minik avtomobili vardır.
Rayonda  39 poçt  şöbəsi, ümumi tutumu 20 min 96 nömrə təşkil edən 38 elektron ATS fəaliyyət  göstərmişdir.
Rabitə müəssisələri tərəfindən əhaliyə 970,6 min manatlıq xidmət göstərilmişdir.
  Rayon əhalisinin  fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması   məqsədilə tədbirlər davam etdirilmişdir.
Şəmkir Elektrik şəbəkəsi tərəfindən 51 min 737 abonentə xidmət göstərilmişdir.
Rayon üzrə istehlakçılara satılmış 353,4 milyon kilovatsaat elektrik enerjisinə görə 19 milyon 254 min 373 manat vəsait (84,5%) ödənilmişdir.
2016-cı ildə rayon ərazisində olan müxtəlif gücə malik 293 ədəd transformatorda cari təmir, 18 transformatorda isə əsaslı təmir işləri aparılmışdır.  39,23 km uzunluğunda elektrik verilişi xətlərində cari təmir işləri aparılmışdır. Bundan başqa 116,6 km uzunluğunda 6/10 kv-luq,  53,23 km uzunluğunda 0,4 kv-luq elektrik verilişi xətlərində cari təmir işləri aparılmış, 424 ədəd elektrik dayağı yenisi ilə əvəz edilmişdir. İl ərzində   33 ədəd müasir tipli transformator məntəqəsi quraşdırılmış,1598 ədəd  köhnə tipli istismara yararsız sayğac dəyişdirilmişdir.
Rayonun Dəllər qəsəbəsində 2 km, Düyərli kəndində 5 km uzunluğunda SİP kabel xətləri çəkilmişdir.
Aparılan araşdırmalardan, yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşların çoxsaylı müraciətlərindən aydın olmuşdur ki, hələ də Şəmkir rayonunun elektrik şəbəkəsində dayaqların və naqillərin əksər hissəsi istismara yarasız vəziyyətdədir.                       
   Azərbaycanın energetika sistemində layiqincə təmsil olunan Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə  2016-cı ilin aprel ayında Şəmkirçay Su Elektrik stansiyası da qoşulmuşdur.
Şəmkir, Yenikənd və Şəmkirçay  SES-lərini özündə birləşdirən Şəmkir SES silsiləsi üzrə 2016-cı ildə planda nəzərdə tutulmuş 1 milyard 16,6 milyon kilovatsaat elektrik enerjisi əvəzinə 1 milyard 57,1 milyon kilovatsaat elektrik enerjisi istehsal olunaraq tapşırığa 104,0 faiz əməl edilmişdir.                           
Hesabat dövründə əhalinin qaz təchizatı ilə bağlı bir sıra işlər görülmüşdür.
Rayonda 1 şəhər, 4 qəsəbə və 51 kənd yaşayış məntəqəsi, 42405 əhali abonenti, 273 sənaye və 79 büdcə təşkilatı təbii qazla təmin edilir. 2016-cı ildə  5 min 871 p/m yeni qaz xətti çəkilmiş, 642 ədəd qaz sayğacı yenilənmiş, o cümlədən 349 ədəd smartkart tipli qaz sayğacı quraşdırılmışdır. 
İlk dəfə olaraq rayonun dağ kəndlərindən- Yuxarı Çaykənd, Günəşli və Dağ Cəyir kəndlərinə qaz çəkilmişdir.
Görülmüş işlərlə yanaşı vətəndaşların təbii qazla təmin edilməsi məsələsi daima Rayon İcra Hakimiyyətinin diqqətində saxlanılmışdır.  Bir neçə dəfə rayonun Qapanlı kəndində yeni tikilmiş 120, Qaracəmirli kəndində 120, Tatarlı kəndində 150, Seyfəli kəndində 400 və Şəmkir şəhərinin Sərxan massivində yerləşən 60 fərdi yaşayış evinin  qaz verilişi xətti olmadığına görə adları qeyd olunan yaşayış məntəqələrinə dövlət vəsaiti hesabına yeni qaz xəttinin çəkilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında məsələ qaldırılsa da, vəsait çatışmamazlığına görə qaldırılan məsələ öz həllini tapmamışdır.
Əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı bir sıra işlər görülmüşdür.
Şəmkir Su Kanal İdarəsi tərəfindən 10795 abonentə xidmət göstərilmişdir.
Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmiş, 7000 fərdi yaşayış evinə SMART KART tipli sayğaclar quraşdırılmışdır.
Şəmkirçay su anbarından Şəmkir şəhərinə içməli suyun verilməsinin nəzərdə tutulduğu müddətdən xeyli əvvəl başa çatdırılması nəticəsində  Şəmkir şəhərinin əksər hissəsində əhalinin içməli su problemi həll edilmişdir.
Bununla yanaşı il ərzində əhalinin su təchizatında yaranmış problemlərini tam həll etmək mümkün olmamışdır.
Şəmkir şəhərinin su və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin “Akkord” şirkəti tərəfindən ləng icra edilməsi əhalinin narazılığı ilə qarşılanmışdır.
Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə Şəmkir şəhərində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin və təmizləyici qurğunun tikintisinin yarımçıq vəziyyətdə qalması, fərdi yaşayış evlərindən, çoxmənzilli yaşayış binalarından çıxan çirkab suların açıq su kanallarına və Dəllər qəsəbəsinin üst hissəsindən keçən suvarma arxlarına axıdılmasının törədə biləcəyi epidemiya təhlükəsi barədə Şəmkir Rayonu İcra Hakimiyyəti tərəfindən 29 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadəyə müraciət olunmuşdur. Həmin müraciətdən sonra aparılan işlərdə qismən dönüş yaransa da qaldırılan problem 2016-cı ildə də tam həllini tapmamışdır.
2016-cı ildə bütün sahələrdə olduğu kimi təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi  istiqamətində tədbirlər davam etdirimişdir.
Rayon üzrə 78 ümumtəhsil məktəbi (67 tam orta, 11 ümumi orta ),     52 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Təhsil müəssisələrinin rasionallaşdırılması ilə əlaqədar Varlı Həyat kənd ibtidai məktəbinin fəaliyyəti dayandırılmışdır.
Şəmkir rayonunun təhsil müəssisələrində 31 min 874 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3543 nəfər müəllim məşğul olmuşdur. Cari tədris ilindən beşyaşlıların məktəbə hazırlığının tətbiqi proqramına uyğun olaraq  rayonun 61 ümumtəhsil məktəbində 98 qrupda 2021 nəfər uşaq təhsilə cəlb edilmişdir.
Azərbaycanın ümumtəhsil sistemində başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan vermişdir.
Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 65-i yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 26 məktəb  binasından    6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərinin buraxılış imtahanlarının nəticələri heç də ürək açan olmamışdır.   Belə ki, buraxılış test imtahanlarında iştirak edən 2412 nəfər IX sinif şagirdlərindən 1278  nəfər,  2193 nəfər  XI sinif şagirdlərindən 1137 nəfəri “2” qiyməti almışdır. Bununlada respublika üzrə Şəmkir rayonu IX siniflərin buraxılış imtahanlarının nəticələrinə görə 62-ci yeri, XI siniflərin buraxılış imtahanlarının nəticələrinə görə isə 72-ci yeri tutmuşdur.
Belə bir vəziyyət Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında geniş müzakirə olunmuş, Rayon təhsil şöbəsinin məsul şəxslərindən və ümumtəhsil məkəbləri rəhbərlərindən öz işlərində ciddi dönüş yaratmaları tələb olunmuşdur. Rayon İcra Hakimiyyəti ilə Rayon Təhsil şöbəsinin birgə həyata keçirdikləri kompleks tədbirlər nəticəsində 2015-2016-cı tədris ilində IX sinfin buraxılış imtahanlarında iştirak edən 2415 nəfər şagiddən 1519 nəfəri imtahan fənlərindən müsbət qiymət almış, 62,90 faiz nəticə ilə respublikanın 74 şəhər və rayonu arasında   36-cı     (26 pillə irəli) yeri tutmuşdur.
Müvafiq olaraq XI siniflər 51,46 faiz, (16 pillə irəli) nəticə ilə 55-ci yeri tutmuşdur. Əldə olunan nəticələr heç də Rayon İcra Hakimiyyətinin qane edə bilməz. Ona görə də Rayon Təhsil şöbəsi və ümumtəhsil məktəblərinin rəhbərləri tədrisin və təlimin keyfiyyətinə diqqəti daha da artırmalıdırlar.
Müsbət haldır ki, 2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərinin 4 məzunu: Şəmkir şəhəri Füzuli adına məktəbin məzunu Fuad Əlizadə, Şəmkir şəhəri Əhməd Cavad adına məktəbin məzunu Bənövşə Kazımova, Düyərli kənd 2 saylı orta məktəbin məzunu Gülcan Novruzzadə  və Çaparlı kənd 2 saylı məktəbin məzunu Taleh Abdullayev təhsillərini qızıl medalla başa vurmuşlar
Orta məktəb məzunlarından 1537 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişlər. Ali məktəblərə qəbul üçün sənəd vermiş məzunlardan   506 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Onlardan 34 nəfəri 600 dən çox, 68 nəfəri isə 500 dən çox bal toplamışlar.
Hesabat ilində rayon üzrə 3184 nəfər müəllim və çağırışaqədərki hazırlıq  rəhbərindən 3076 nəfəri diaqnostik qiymətləndirmədən keçmişdir.
2015-2016-cı tədris ilindən respublikamızda ilk dəfə olaraq Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün “Distant” təhsil mərkəzi fəaliyyətə başlamışdır. Distant təhsilə cəlb edilmiş 47 nəfər şagirdin təlim tərbiyəsinə 24 nəfər müəllim cəlb edilmiş, təhsil mərkəzi ilə hər bir şagirdin yaşadığı ev arasında telefon-internet şəbəkəsi qurulmuş, şagirdlər fərdi noutbukla təmin edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2015-ci ilin 24 yanvar tarixindən Şəmkir rayon Təhsil şöbəsində “Gənc Müəllimlər Birliyi” yaradılmışdır. Birliyin yaradılmasında məqsəd rayonun ümumtəhsil məktəblərində çalışan gənc müəllimləri bir araya gətirmək, onların daha sistemli şəkildə fəaliyyət göstərmələrinə şərait yaratmaq olmuşdur.
Distant təhsildə, eləcə də məktəblər üzrə tədrisi prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında qurulmasında, eyni zamanda rayonun ictimai həyatında “Gənc Müəllimlər Birliyi” xüsusi  xidmət göstərmiş, zəruri kurslar təşkil etmiş, müəllim və şagirdlərin kompüter savadlılığının inkişafında bütün inkanlardan səmərəli istifadə etmişdir.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması və informasiya-kommunikasiya texnolo¬gi¬ya¬larının təminatı ilə bağlı kompleks tədbirlər görülmüş, rayonun ümumtəhsil məktəblərində istifadə olunan elektron lövhələrin sayı 89-a çatdırılmışdır.
Bu gün rayonun təhsil işçiləri qarşısında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulmuş mühüm vəzifələrin icrası durur.
       Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların ərzaq və inventarla təmin edilməsi məsələsi daima diqqət mərkəzində saxlanılmışdır. Körpələr evi-uşaq bağçalarının ərzaq təminatında və uşaqların isti yeməklə təminatında əvvəllər yol verilmiş xoşagəlməz hallar aradan qaldırılmışdır. Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatının bir mərkəzdən idarə olunması və ərzağın saxlanılması məsələləri qaydaya salınmışdır. Məktəbəqədər təhsil müəssisələrində vakant iş yerlərinin müsabiqə yolu ilə tutulması praktikası davam etdirilmişdir. 
       2016-cı ilin sonunda məktəbəqədər  təhsil müəssisələrində çalışan pedaqoji işçilərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə “Gənc Tərbiyəçilər Birliyi” təsis edilmişdir. İnanırıq ki, “Gənc Tərbiyəçilər Birliyi”nin fəaliyyəti uğurlu olacaqdır.                                     
Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi,      27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası,                1 stamotoloji   poliklinika, Gigiyena və  Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
Səhiyyə müəssisələrində 331 həkim, 1109 nəfər orta tibb işçisi çalışır.
Rayonun səhiyyə müəssisələrində 9470 nəfər xəstə stasionar müalicəyə cəlb edilmiş, 1615 nəfər xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmışdır.
Tibb müəssisələrində 2886  nəfər uşaq doğulmuşdur, bir yaşa qədər uşaqlar arasında 5 ölüm (əvvəlki ildəkindən 1 nəfər az) hadisəsi qeydə alınmışdır. Ana ölümü hadisəsi olmamışdır.
       Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2013-cü il tarixli sərəncamına uyğun olaraq Şəmkir Rayon Mərkəzi xəstəxanasının tikintisinə başlanılmışdır. Həmin xəstəxana kompleksində ən müasir diaqnostik sahələr və yeni stasionar şöbələrin yaradılması nəzərdə tutulmuşdur. Hazırda Xəstəxana Kompleksinin tikintisi davam etdirilir.
    Yaponiya səfirliyinin qrantı hesabına İrmaşlı kəndində həkim məntəqəsinin tikintisi başa çatdırılmış və cari ildə Atabəy kəndində tibb məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur. 
       Vəsait çatışmadığına görə Kür qəsəbə xəstəxanasında əsaslı təmir işlərini başa çatdırmaq mümkün olmamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şəmkir rayonunda əhalinin tibbi müayinəsi mütəşəkkil qaydada keçirilmişdir. 
2016-cı ilin fevral ayının 15-dən may ayının 1-dək  154  min 500 nəfər rayon sakini tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçən vətəndaşlardan 3010 nəfəri stasionar müalicəyə, 12 min 820 nəfər ambulator müalicəyə cəlb olunmuş, 95 nəfər müayinə və müalicə üçün  Bakı şəhərində yerləşən tibb müəsisələrinə göndərilmişdir.
2017-ci ilin 15 fevral tarixində Şəmkir rayonunun səhiyyə müəssisələrində əhalinin yenidən tibbi müayinəsinə başlanılacaqdır.
2016-cı ilin dekabr ayının 02-də 325 nəfər rayon sakini qanvermə aksiyasında fəal  iştirak etmişdir. 
Gənc həkimlər birliyinin fəaliyyəti uğurlu olmuşdur. Yarandığı müddətdə birliyin həkimləri tərəfindən rayon sakinlərindən 2690 nəfəri o cümlədən 125 nəfəri Qarabağ müharibəsi əlili, 400 nəfər bağça yaşlı uşaq  tibbi müayinə olunmuş, 156 nəfər uşaq üzərində sünnət əməliyyatı aparılmışdır.
Uzun illər idi ki, rayonda yaşayan şəkərli daibet-(endokrinoloji) xəstələrinin dərman təlabatını ödənilməsində çətinliklər höküm sürürdü. Belə bir vəziyyət Rayon İcra Hakimiyyətini ciddi narahat edirdi. Ona görə də şəkərli diabet xəstələrinin, rayon ağsaqqallarının çoxsaylı müraciətiləri nəzərə alınaraq Şəmkir rayonunda yaşayan 3996 nəfər şəkərli diabet xəstəsinin dərmanlarının konsultativ poliklinika şöbəsindən alınaraq xəstələrin yaşadıqları ərazidə yerləşən tibb müəssisələri tərəfindən verilməsi məsələsi Respublika Səhiyyə Nazirliyi qarşısında qaldırılmışdır.
Artıq Səhiyyə Nazirliyinin razılığı əsasında məsələ öz müsbət həllini tapmış, 15 fevral 2017-ci il tarixindən (bu gündən) başlayaraq rayonda yaşayan şəkərli diabet xəstələri 1 mərkəzdən deyil, yaşadıqları ərazidə yerləşən 14 tibb müəssisələrindən dərmanlarını ala biləcəklər.
Xeyirli və uğurlu olsun. 
Səhiyyə sahəsində olan mövcud durum daima Rayon İcra Hakimiyyəti başçısının nəzarətində saxlanılır.İnanırıq ki, Mərkəzi Rayon Xəstəxanasının yeni rəhbərliyi Mərkəzi Rayon Xəstəxanasında və sahə xəstəxanalarında baş verən süründürməçilik, korrupsiya və rüşvətxorluq hallarına qarşı qətiyyətlə mübarizə aparacaq və qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.                              

2016-cı ildə rayonda 29 mədəniyyət evi, 29 klub, 73 kitabxana, 1 uşaq musiqi məktəbi, Heydər Əliyev Mərkəzi, Rayon Tarix-Diyarşünaslıq muzeyi və Çənlibel kəndində Xalq Tətbiqi sənəti muzeyi fəaliyyət göstərmişdir. Həmin müəssisələrdə 632 nəfər işçi çalışmışdır.
Rayonun mədəni həyatında 2016-cı ildə qazanılan uğurlardan biri kimi Şəmkir Tarix Diyarşünaslıq muzeyinin yerləşdiyi binanın müasir səviyyədə təmirinin başa çatdırılmasını qeyd etmək lazımdır. Rəssam Fərman Hüseynovun gərgin və müstəsna xidmətləri sayəsində Şəmkir Tarix Diyarşünaslıq muzeyinin binası unikal mozaikalarla bəzədilmişdir.
Bundan başqa Çaparlı, Qılıncbəyli, Könüllü kənd və Çinarlı qəsəbə kitabxanalarında cari təmir işləri aparılmışdır.
İl ərzində Rayon Uşaq Musiqi məktəbinin nəzdində yaradılmış “Şəms” vokal instrumental ansanblının və Ə.Cavad adına şəhər mədəniyyət evinin nəzdində yaradılmış  “Aninno” rəqs qrupunun fəaliyyəti uğurlu olmuşdur. Hər iki  kollektiv rayonun mədəni -kütləvi tədbirlərində fəal iştirak etmişdir.
“Multikulturalizm ili” çərçivəsində rayonun mədəniyyət müəssisələri tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.Tədbirlərin əksəriyyəti Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının dəstəyi  və Rayon Mədəniyyət və Turizm şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin iştirakı ilə Şəmkir şəhərinin mərkəzində yerləşən Lüteran alman kilsəsində təşkil olunmuşdur.
Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2016-cı il tarixli sərəncamına uyğun olaraq  Şəmkir rayonunda bir sıra tədbirlər keçirilmişdir. Berlin, Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Marit Auxun başçılıq etdiyi bir qrup 3 gün Şəmkir rayonunda olmuş, filim çəkilişi apararaq, Lüteran alman kilsəsində, Tarix Diyarşünaslıq muzeyində və Alman İrs Mərkəzində olmuşlar. 
2016-cı ilin noyabr ayının 1-dən Şəmkir Rayon Mədəniyyət və Turizm şöbəsi ləğv edilmiş, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən Rayon Mədəniyyət və Turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm idarəsi yaradılmışdır.
Biz inanırıq ki, yeni yaradılmış Şəmkir Regional Mədəniyyət və Turizm idarəsi tərəfindən rayonda həyata keçirilən mədəni-kütləvi tədbirlərin keyfiyyəti daha da yaxşılaşacaqdır.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti xeyli genişlənmişdir. Heydər Əliyev Mərkəzi Şəmkir rayonunda elmi-metodiki və ideoloji mərkəz kimi əhalinin maarifləndirilməsində mühüm rol oynayır.
Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi-Kütləvi Kitabxanası dünyanın üç ölkəsini birləşdirən Beynəlxalq  Kitabxanaçılar Şəbəkəsinin üzvlüyünə qəbul edilmişdir.
27 fevral 2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanmışdır. May ayının 23-də isə Niyyət Protokoluna uyğun olaraq  Heydər Əliyev Mərkəzinin inzibati binasında Şəmkir Bilik evinin açılışı olmuşdur.
İl ərzində Şəmkir Bilik evində müxtəlif mövzularda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
Mərkəzdə Ümummilli  Liderin  irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və digər kütləvi tədbirlərin keçirilməsi ənənə şəklini almışdır.
       Heydər Əliyev Mərkəzində xüsusi proqram əsasında müasir Azərbaycan tarixi ilə bağlı qabaqcıl müəllimlərdən ibarət qrup yaradılmış və təlim prosesi uğurla həyata keçirilmişdir. 
       Çox sevindirici haldır ki, Şəmkir Heydər Əliyev Mərkəzinin çoxşaxəli və məhsuldar fəaliyyəti Heydər Əliyev Fondunun diqqətindən yayınmamış və Şəmkir Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Gəncə-Qazax Regional Mərkəzi kimi seçilmişdir. Gəncə-Qazax Regional Mərkəzi Gəncə və Naftalan şəhərlərini, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarını əhatə edir.    
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıya uyğun olaraq rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər davam etdirilmişdir.
Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsində və onların yaradıcılıq imkanlarının genişlənməsində mühüm rol oynayır.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rayon məktəbləri arasında rəsm, əl işləri və heykəltaraşlıq eksponatlarından ibarət sərgilər, məhşur yazıçı və şairlərin kitablarının təqdimatları, intellektual oyunlar və digər tədbirlər keçirilmişdir. Mərkəzdə kompyuter, şahmat, rəsm və təsviri incəsənət, dekorativ tətbiqi sənət, ingilis, alman, rus dilləri üzrə kurslar fəaliyyət göstərir.
Hər həftənin bazar günləri “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində respublikanın ali məktəblərinin tələbələrinin iştirakı ilə “Parlaq Zəka” intellektual oyunu keçirilir.
Rayonda Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.
Rayon gənclərinin həyatında ən mühüm hadisələrdən biri kimi Şəmkir rayonunun 2016-cı ilin “Gənclər paytaxtı” elan olunmasını göstərmək lazımdır.
02 fevral 2016-cı il tarixdə Bakı şəhərinin Nizami kino mərkəzində gənclər günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tərəfindən Şəmkir rayonu 2016-cı ilin “Gənclər paytaxtı” elan olunmuş və rəmzi açar Rayon Gənclər və idman İdarəsinin rəisi Emin İsmayılova təqdim edilmişdir.
Fevral ayının 3-dən başlayaraq ilin sonunadək “Gənclər paytaxtı” ili çərçivəsində rayonda bir sıra tədbirlər keçirilmişdir. Fevralın 3-də Şəmkir şəhərində 1000 nəfərdən çox gənc Azərbaycanın dövlət bayrağını əllərində gəzdirərək Şəmkirin “Gənclər paytaxtı” elan olunmasını bayram sevinci ilə qeyd etmişlər.
05 fevral 2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin iştirakı və Şəmkir rayon Gənclər və idman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və Dövlət müstəqilliyi gələcəyə baxış” adlı Gəncə-Qazax iqtisadi rayonu gənclərinin Forumu keçirilmişdir. Gənclər və İdman Nazirliyinin məsul şəxslərinin iştirak etdiyi Forumda Gəncə-Qazax iqtisadi rayonuna daxil olan: Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Samux, Göygöl, Daşkəsən, Goranboy rayonlarının və Naftalan şəhərinin ictimai həyatında fəallıq göstərən 200 gənc bir araya toplanaraq mövcud olan problemləri, nöqsanları, əldə olunan nailiyyətləri və uğurları müzakirə etmişlər.
15 iyun 2016-cı il tarixində Şəmkir şəhərinin M.Ə.Sabir küçəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Şəmkir Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Gənclər paytaxtının rəsmi açılış mərasimi keçirilmişdir. Təbdirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, qərb regionu üzrə gənclər və idman idarələrinin əməkdaşları, QHT rəhbərləri və 180 nəfər gənc iştirak etmişdir. 
“Gənclər Paytaxtı ili” çərçivəsində 16 iyun 2016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Gənclər və milli-mənəvi dəyərlərimiz: keçmişdən bu günə” mövzusunda zona toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycam Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatlan ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Onıcov, "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasmm sədri - Şahin Seyidzadə, Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, qərb regionu üzrə gənclər və idman idarələrinin əməkdaşları, QHT rəhbərləri və 200 nəfər gənc iştirak etmişdir. 
08 iyul 2016-cı il tarixdə Şəmkir rayonunda qonaq olan Belarus Respublikasının gəncləri “Zəka” gənclər mərkəzində Gənc sənətkarların dekorativ tətbiqi sənət sərgisi və Belarus Respublikası Gənclərinin layihələrinin təqdimatı olmuşdur. Daha sonra Şəmkir Gənclər Mərkəzi və Nesvij səhər gənclik mərkəzi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin iştiraki ilə Azərbaycan və Belarus gənclər təşkilatları ilə “Gənclər siyasəti sahəsində Belarus- Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Qonaqlar “Zəka” Gənclər mərkəzini, Lüteran Alman kilsəsini, Xəqani şəhər parkını və Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ə.Cavad adına mədəniyyət evində Belarus və Azərbaycan Respublikasının yaradıcı gənclərinin iştirakı ilə Qala konserti  keçirilmişdir. 
18 avqust 2016-ci il tarixində Zəka Gənclərin İntellektual və Yaradıcılıq Mərkəzində “Avropa Gənclər Parlamenti - Azərbaycan” İctimai Birliyi 2-ci Beynəlxalq Gənclər Forumu keçirilmişdir. 
     11-16 oktyabr 2016-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdə olmuşdur. 
24 dekabr 2016-cı il tarixində Şəmkir rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Forumunun fəaliyyətinin  5 illiyi və Şəmkir “Gənclər paytaxtı-2016” layihəsinin bağlanış mərasimi münasibəti ilə tədbir keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Gənclər Forumunun rəsmiləri, həmçinin, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak etmişlər.      
Rayon gəncləri boş vaxtlarının əksər hissəsini Şəmkir Olimpiya idman kompleksində keçirməklə idmanın sərbəst güləş, karate, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olurlar.
Qeyd etməliyəm ki, son vaxtlar rayonda gənclərin idmanın taekvando, boks, sərbəst və Yunan-Roma güləş növlərinə olan marağı xeyli artmışdır. 
Elə bunun nəticəsidir ki, 2016-cı ildə sərbəst güləş üzrə VII respublika oyunlarında rayon komandası 2-ci yeri, idmançılardan Nihad Həsənov-1-ci yeri, Fərid İsayev və Mürvət Əsgərov-2-ci yeri, Aqşin Rüstəmov və Amin Quluzadə-3-cü yeri  tutmuşlar.
Faiq İsgəndərov Gürcüstanın Tbilisi şəhərində Yunan-Roma güləş növü üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında 1-ci yeri tutmuşdur.
Boks idman növü üzrə keçirilən respublika yarışlarında rayon idmançılarından 6 nəfəri mükafata layiq 1-ci və 3-cü yerləri tutmuşlar.
Sumqayıt şəhərində keçirilən Taekvando idman növü üzrə yeniyetmələr arasında keçirilən çempionatda idmançılardan 2 nəfəri 1-ci yerə, 2 nəfəri 2-ci yerə və 2 nəfəri 3-cü yerə layiq görülmüşdür.
Ötən ildən fəaliyyətə başlayan “Şəmkir” futbol klubu hazırda Azərbaycan çempionatının birinci liqasında 25 xalla turnir cədvəlinin üçüncü pilləsində durur. 
Şəmkir şəhərində may ayının 26-dan iyun ayının 4-dək məhşur Azərbaycan şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq şahmat turniri yüksək səviyyədə təşkil olunmuşdur. Həmin turnirin keçirildiyi dövrdə Şəmkir rayonunun son illər qazandığı naliyyətlər beynəlxalq və respublika səviyyəsində geniş təbliğ edilmişdir.
Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmış və bütün çağırışlar rayon rəhbərliyinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önündə təntənəli şəkildə təşkil olunmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin tarixinə qızıl həriflərlə yazılmış aprel döyüşlərində şəmkirlilərdən 5 nəfəri- Vüqar Yusifov, Altun Dəmirli, Nurlan Qasımov,Təbriz Əsgərov və Vüsal Alıyev qəhrəmancasına şəhid olmuşlar.
İgid həmyerlilərimiz rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə hörmət və ehtiramla dəfn edilmiş, qısa müddət ərzində qəbrüstü abidələri qoyulmuş, doğulduqları yaşayış məntəqələrində yerləşən  küçələrə onların adları verilmişdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna Rayon İcra Hakimiyyətinin struktur bölmələri, bələdiyyələr və sahibkarlar tərəfindən il ərzində  50 min 799 manat vəsait köçürülmüşdür.
Rayonda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması işinin yaxşılaşdırılması məqsədilə qabaqlayıcı-profilaktiki, əməliyyat-axtarış və istintaq tədbirlərinin səmərəliliyin artırılması məqsədilə hüquq-mühafizə orqanlarının fəaliyyəti nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə rayon üzrə 334 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əvvəlki ildəkindən 8 fakt azdır.
Cinayət hadisələrindən 286-nın (93,2 %) üstü açılmışdır.
Rayon ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən             4 cinayət hadisəsi qeydə alınmışdır.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilmişdir. Narkotiklərlə bağlı 24 cinayət hadisəsi qeydə alınmışdır.
2016-cı ildə rayon üzrə rəsmi qeydiyyata götürülən narkomanların sayı 145 nəfər olmuşdur. Qeydiyyata götürülən narkomanların əksəriyyəti Şəmkir şəhərində (63 nəfər), Çinarlı qəsəbəsində (12 nəfər), Kür qəsəbəsində (6 nəfər), Şiştəpə kəndində (8 nəfər), Dəllər qəsəbəsində    (6 nəfər), Təzəkənd kəndində (10 nəfər), Mahmudlu kəndində (3 nəfər), 
Əliyaqublu və Qaracəmirli kəndlərində (hər birində 3 nəfər) yaşayır.
Narahatlıq doğuran hal odur ki, narkomanların əksəriyyətinin yaşı    20-30 yaş arasında olan gənclərdir.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq korrupsiyaya qarşı mübarizə rayon icra hakimiyyətinin fəaliyyətinin daimi tərkib hissəsi olmuşdur.
Belə ki, son iki il ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında və rayonda fəaliyyət göstərən dövlət qurumlarında və təşkilatlarda aşkarlıq və şəffaflığın təmin edilməsi üçün qəti tədbirlər həyata keçirilir.
Yerli büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi  təmin edilir. Bundan ötrü ilin əvvəlində və rübdə bir dəfə büdcə vəsaitlərinin xərclənməsi vəziyyəti ətraflı müzakirə olunur. Dövlət qulluğuna qəbul edilən kadrlar müsabiqə yolu ilə seçilir və aşkarlıq şəraitində müvafiq vəzifələrə təyin olunur. Rayonda fəaliyyət göstərən  məktəbəqədər tərbiyə müəssisələrinin işi daima nəzarətdə saxlanılır.
Torpaqların idarə olunmasında baş verən neqativ halların aradan qaldırılması və təyinatı üzrə istifadə olunması üçün məqsədyönlü işlər aparılır.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 26 dekabr 2016-cı il tarixində keçirilmiş geniş müşavirəsində səsləndirilmiş irad və qeydlər əsasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  komissiyada müvafiq tədbirlər planı hazırlanmış və icrasına başlanılmışdır.Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2016-cı il tarixli, 19 nömrəli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurası yaradılmışdır.
        Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasına hal-hazıradək iki müraciət daxil olmuşdur. Daxil olmuş həmin müraciətlər Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin 7.6 bəndinə uyğun olaraq baxılması üçün səlahiyyətli orqanlara göndərilmişdir.
      Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasına baxılması üçün aidiyyəti müraciət daxil olmamışdır.Bununda əsas səbəbi rayonda sahibkarlıq fəaliyyəti ilə bağlı normal şəraitin yaradılması olmuşdur.
Rayonda dini durum sabit olaraq qalmış,  dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.
     “2016-cı ilin Respublikamızda Multikulturalizm ili elan edilməsi ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
      Rayonda yaşayan 16 azsaylı xalqın nümayəndəsi 38 yaşayayış məntəqəsində məskunlaşmaqla  ümumilikdə sayları 1655 nəfər təşkil edir.
      Topaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Şəmkir rayonu   227 nəfər şəhid vermişdir ki, şəhidlərimizin 2 nəfəri azsaylı xalqların nümayəndələri olmuşdur. Axisxa türkü İsgəndər Aznaurov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
     20 fevral 2016-cı il tarixdə Şəmkir şəhərində yerləşən Şəmşirin kafesində rayon ərazisində yerləşən azsaylı xalqların nümayəndələri ilə rayon rəhbərliyinin görüşü keçirilmiş, onların problemlərinin həlli istiqamətində aidiyyatı dövlət qurumlarına tapşırıqlar verilmişdir.
    21 sentyabr 2016-cı il tarixdə azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anadan olmasının 60 illiyi münasibəti ilə N saylı hərbi hissədə və Şəmkir şəhər parkında tədbir təşkil edilmişdir. 
     Rayonda 2 dini icma fəaliyyət göstərir ki, bunlarda Şəmkir şəhər Cümə məscidi dini icması və rus icmasıdır.
     Dini radikalizmin qarşısının alınması istiqamətində il boyu rayonun kənd və qəsəbələrində silsilə tədbirlər təşkil olunmuşdur.
Belə ki, tərtib edilmiş qrafiq əsasında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinifləri və gənclərlə görüşlər təşkil edilmişdir. Görüşlərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilmişdir. 
      08 oktyabr 2016-cı il tarixdə Şəmkir şəhər Lüteran kilsəsində Bakı şəhərində yerləşən Xilaskar İvangelik-Lüteranlarının Bakı dini icması üzvlərinin iştirakı ilə dini mərasim keçirilmişdir.
     16 noyabr 2016 –cı il tarixdə “Beynəlxalq Tolerantlıq günü” ilə əlaqədar Şəmkir şəhər Heydər Əliyev Mərkəzində din xadimləri və azsaylı xalqların nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.
     Olkə başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət-din siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə dinin inkşafı üçün lazımı şərait yaradılmışdır.Din siyasətinin uğurlu təminatı kimi mövcud ictimai sabitliyin, vətəndaş həmrəyliyinin  qorunması ən vacib şərtlərdən biridir.
      Lakin son zamanlar bəzi şəxslərin ölkəmizdə yaranmış bu sağlam dini mühitə kölgə salmağa çalışması, xüsusilədə yetkinlik yaşına çatmayan azyaşlıları öz sıralarına cəlb etməyə çalışması hallarına yol verirlər. 
     Şəmkir rayonunda belə halların qarşısının alınması ilə əlaqədar  Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Şəmkir rayon şöbəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsinə rəsmi məktublar göndərilmişdir.                  
Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə  digər qəzet və jurnallara abunə yazılışı  diqqət mərkəzində  saxlanılmışdır.
“Şəmkir” qəzetinin  ayda iki dəfə çıxması təmin edilmişdir.
Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı Aparatının və Yeni Azərbaycan Partiyasının Şəmkir rayon Təşkilatının birgə fəaliyyəti rayonda ictimai-siyasi duruma öz müsbət təsirini göstərmişdir. Sıralarında 11623 nəfər partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatı rayonun ictimai-siyasi həyatında aparıcı bir qüvvəyə çevrilmişdir.
Rayonda fəaliyyət göstərən digər siyasi partiyaların-Müsavat (31 nəfər), Sosial Rifah (108 nəfər), Ana Vətən (56 nəfər), Azərbaycan Milli İstiqlal (9 nəfər) fəaliyyəti üçün normal şərait yaradılmışdır. Rayonda hesabat dövründə 21 qeyri-hökumət təşkilatı fəlaiyyət göstərmişdir. 
Rayonda bələdiyyələrin işinin istiqamətləndirilməsi, şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi problemlərinin həllində yerli icra nümayəndələri ilə birgə fəaliyyətlərinin təmin edilməsi sahəsində işlər davam etdirilmişdir.
Bir sıra bələdiyyələr öz ərazilərinin sosial problemlərinin həllində fəallıq göstərirlər.
Şəmkir şəhər, Çinarlı qəsəbə, Sabirkənd, Çənlibel, Qasım İsmayılov, Zəyəm Cırdaxan və Qaracəmirli kənd bələdiyyələri əhalinin sosial problemlərinin həllində xeyli iş görmüşlər. 
Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı Aparatının fəaliyyətinin mühüm hissəsini rayonda 2016-cı ilin sentyabr ayının 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referenduma hazırlıq işləri təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikasının seçki məcəlləsinin müddəalarına və digər normativ hüquqi sənədlərə uyğun olaraq təşkil edilmişdir.                
Referendumla bağlı rayonda 3 dairə və 109 məntəqə seçki komissiyası təşkil olunmuşdur. Dairə və məntəqə seçki komissiyaları bütün növ avadanlıq və zəruri vasitələrlə vaxtında təmin edilmişdir.Rayonda referendumun azad, şəffaf və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə  Rayon  Icra  Hakimiyyəti Başçısı Aparatında geniş tədbirlər planı təsdiq edilmişdir.  
Tədbirlər planına uyğun olaraq seçicilərin seçki məntəqələrinə gəlişini təmin etmək və öz fikirlərini sərbəst şəkildə ifadə etmək məqsədilə hər bir seçki dairəsinin arxa ofisi olan 4 qərargah yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində şəmkirli seçicilər Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı irəli sürülmüş müddəaları tamamilə bəyənmiş və bununla da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursa sadiq olduqlarını nümayiş etdirmişlər.
Rayon üzrə  seçici siyahısında adları qeyd olunan 113 min 823 nəfər seçicidən 79 min 795 nəfəri (70,1 faiz) referendumda iştirak etmişdir.                              
       Hesabat dövründə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və ərazi nümayəndəliklərində idarəetmənin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət idarəçiliyində müasir iş üslubu və metodlarından istifadə edilməklə bu sahədə olan nöqsanların aradan qaldırılmasına nail olunmuşdur.
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qurması üçün onlara metodiki köməkliklər göstərilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan      17 nəfər dövlət qulluqçusu tutduğu vəzifədən azad edilmiş və onların yerinə ali təhsilli gənc kadrlar təyin edilmişdir.
Dövlət qulluqçularından 2 nəfəri daha yüksək vəzifəyə təyin edilmiş,    3 nəfərinin  iş yeri dəyişdirilmiş və 2 nəfər isə ixtisaslarına uyğun olaraq  digər qurumlarda işə keçirilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətində 2016-cı il ərzində, vətəndaşları narahat edən problemlərin öyrənilməsi, onların Konstitusiya hüquqlarının qorunması, şəffaflıq və sosial ədalət prinsiplərinin təmin olunması istiqamətində bir sıra tədbirlər görülmüşdür.
Vətəndaş müraciətləri dövlətin idarə olunmasında, cəmiyyətin problemlərinin vax¬tın¬da aş¬ka¬ra çıxarılmasında, insanların qayğı və istəklərinin, onları narahat edən məsə¬lələrin həllində mühüm rol oynayır.
2016-cı ildə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatına        2868 ədəd (2015-ci ildə¬¬kin¬dən 483 ədəd çox) müraciət, o cümlədən 1577 ədəd ərizə, 1271 ədəd şikayət və 20 ədəd təklif  daxil olmuşdur.
Daxil olan müraciətlərdən 1579 ədədi mərkəzi dövlət orqanlarından, o cüm¬lədən 907 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 157 ədədi Milli Məclisdən, 61 ədədi Nazirlər Kabinetindən, 454 ədədi isə Respublikanın digər təş¬kilat¬larından daxil olmuşdur. Vətən¬daş¬lar¬dan bilavasitə Rayon İcra Haki¬miyyətinə 1289 ədəd müra¬ciət gön¬dəril¬mişdir.
     2016-cı ildə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan müraciət¬lərin əksəriyyətini, torpaq (721 ədəd), icra nümayəndələrinin  və bələdiyyələrinə fəaliyyətinə dair (492 ədəd), enerji daşıyıcıları və su təchizatı məsələləri (417 ədəd), Əha¬li¬nin sosial müda-fiəsi mə¬sə¬lələri     (347 ədəd), şəhərsalma və tikinti məsələləri (190 ədəd) və mənzil (157 ədəd) məsələsi  təşkil et¬miş¬dir.
Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip onlarda qaldırılmış problem¬lərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsan¬ların aradan qaldırılması, aşkarlığın və obyektivliyin ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Müraciətlərin 869 ədədi müsbət, 23 ədədi qismən həll edilmiş,        1877 müraciətə müvafiq iza¬hat verilmiş, 130 müraciət əsassız sayılmış,      4 müraciətin icrası Dövlət Proqramında nəzərdə tutulmuş, 2 müraciət baxılmamış saxlanılmış və 3 müraciətin icrası sonradan təmin edilmişdir. Aidiyyatı üzrə göndərilmiş 42 müra¬¬ciə¬tin icrası nəzərdə tutulmuşdur.
    Vətəndaşlar yerlərdə, ayrı-ayrı idarə və təşkilatlarda la¬qe¬yd¬lik və etinasızlıqla qarşı¬laş¬¬dıq¬larına, tələblərinin qanunauyğun olub-ol¬ma¬¬dığı haqqında lazımi izahat ala bilmə¬diklərinə və müxtəlif bürokratik maneələrə rast gəldiklərinə görə mərkəzi dövlət orqanlarına müraciət etməli olurlar.
      Bir məsələ xüsusilə ciddi narahatlıq doğurur. Belə ki, Rayon İcra Hakimiyyəti başçısı aparatına istər vətəndaşlar, istərsə də mərkəzi dövlət orqanlarından daxil olan müraciətlərin əksər hissəsini torpaq, qaz və elektrik enerjisi təchizatı məsələləri təşkil edir.
      Əhalinin torpaq, qaz və elektrik enerjisi təchizatında yaranmış problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə müraciətlər olunsada bu sahədə heç bir dönüş əldə olunmamışdır.
2016-cı ildə Şəmkir Rayon İcra Hakimiyyətinə daha çox müraciət Şəmkir şəhərindən (619 ədəd), Kür (214 ədəd), Dəllər (90 ədəd), Çinarlı (77 ədəd), Zəyəm (52 ədəd) qəsəbələrindən, Əliyaqublu (294 ədəd), Aşağı Seyfəli (111 ədəd), Qaracəmirli (81 ədəd), Düyərli (79 ədəd), Dəllər Cəyir (72 ədəd), Təzəkənd (68 ədəd), Qapanlı (58 ədəd), Keçili (54 ədəd), Könüllü (53 ədəd) və Bayramlı (51 ədəd) kənd¬lərindən göndərilmişdir.
Vətəndaşlar tərəfindən şikayətlər mərkəzi dövlət orqanlarına daha çox Əliyaqublu, Bayramlı, Dəllər Cəyir, Keçili, Abbaslı, Aşağı Seyfəli, Təzəkənd və Yeni Hə¬yat bələdiyyələrinin fəa¬liyyəti haqqında olmuşdur.       
Hesabat dövründə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2637 vətən¬daş qəbul edilmişdir ki, bu da ötən ildəkindən        215 nəfər çox¬dur.
Vətəndaşların 1404 nəfəri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı aparatında, 1233 nəfəri isə yerlərdə keçirilən görüşlərdə qəbul edilmişdir.
Bundan başqa Rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər məsul şəxslər tərəfindən 1146 nəfər vətəndaş qəbul edilmişdir.
Vətəndaşlar tərəfindən qəbulda daha çox torpaq, iş, mənzil,  elektrik, qaz, su təchizatı və birdəfəlik maddi yardım məsə¬lələ¬rinə dair müraciətlər edilmişdir.
2016-cı ildə Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 54 səyyar qəbul keçirilmişdir. Qəbullar zamanı 8956 nəfər iştirak etmiş və vətəndaşlar tərəfindən 414 təklif irəli sürülmüşdür. Səyyar qəbullarda vətəndaşlar daha çox torpaq, su, yol və elektrik xətlərinin təmiri məsə¬lə¬lə¬rinin həll edilməsini xa¬hiş etmişlər.
Rayon İcra Hakimiyyəti başçısı aparatında və yerlərdə qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan problemlər diqqətlə araşdırılmış və  yaranma səbəbləri Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında ətraflı təhlil edilmişdir.
Bir sıra sosial əhəmiyyətli məsələlərin həlli ilə bağlı o, cümlədən torpaq, su, elektrik enerjisi və qaz təchizatı ilə bağlı mərkəzi dövlət orqanları qarşısında məsələ qaldırılmışdır.      
     Vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyəti başçısının “Facebook” səhifəsinə daxil olmuş 386 müraciətin 334-ü sorgu xarakterli, 52-si isə müxtəlif problemlərə dair olmuşdur. Facebook səhifəsinə daxil olan          52 müraciətin 20-si müsbət həll edilmiş, 30-na müvafiq izahat verilmiş və   2 müraciət əsassız sayılmışdır.
      Vətəndaşlarla birbaşa ünsiyyət öz səmərəsini verməkdədir. İl ərzində Elektron qaydada daxil olan 35 müraciət  qeydiyyata alınaraq, qaldırılan məsələ ilə əla¬qədar müvafiq tədbirlər görülmüşdür.
Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı aparatında və dövlət orqanlarıının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və səmərəliliyinin daha da artırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında təsdiq olunmuş qrafik əsasında 48 ərazi nümayəndəliyində 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir. 
Yığıncaqlarda 230 tənqidi qeyd və təklif irəli sürülmüşdür. İrəli sürülmüş təklif və tənqidi qeydlərin bir hissəsi yerindəcə həll edilmiş, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır.

Hörmətli qonaqlar!

Hörmətli yığıncaq iştirakçıları!

2017-ci ildə Şəmkir rayonunun sosial-iqtisadi inkişafı sahəsində bir sıra mühüm iqtisadi və sosialyönümlü layihələrin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Şəmkir Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, cari ildə rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində məqsədyönlü tədbirləri davam etdirəcək.

      Diqqətinizə görə sağ olun!

Keçidlər