Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclası keçirilmişdir

25 yanvar 2017 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Alimpaşa Məmmədovun iştirakı ilə Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2016 – cı ilin yekununa dair hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsənov Çingiz Həsən oğlu hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verdi. İl ərzində ərazidə görülən işlər barədə danışan Çingiz Həsənov bildirmişdir ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşmişdir.
Daha sonra 2017-cü ildə görüləcək işlər barədə danışan Ç.Həsənov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun bütün işlərə ciddi nəzarət etdiyini və hər bir icra nümayəndəsinin qarşısında konkret vəzifələr qoyduğunu bildirdi. Qeyd etdi ki, rayon rəhbərliyinin qayğısı ilə 2017-ci ildə görüləcək işlərə hər ilduğu kimi bu il də ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.
Hesabatda çıxış edən Şəmkir Bələdiyyəsinin sədri Həsənov Vüqar Zirəddin oğlu da məruzəsində Şəmkir Bələdiyyəsinin 2016-ci ildə gördüyü işlərdən və 2017-ci ildə qarşıda duran vəzifələrdən danışdı.

Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışmışdır.
Həmçinin qeyd etmişdir ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuşdur .
Cənab Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırmışdır.

Keçidlər