Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclası keçirilib
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Alimpaşa Məmmədovun iştirakı ilə Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2016 – cı ilin yekununa dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Yuxarı Seyfəli kənd sakinləri və rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Yuxar Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məsimov Səyyar Hakim oğlu hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verdi.
Sonra Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışmışdır.
Yekunda Yuxarı Seyfəli kənd sakinləri, kənddə onlar üçün yaradılmış şəraitə görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirdilər.