Şriftin ölçüsü :

Saytın rəngi :

​Qasımalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin 2016-cı ilin yekunlarına dair hesabat iclası keçirilib

17 yanvar 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qasımalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qasımalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindəsi Tağıyev Fərhad Rüstəm oğlu hesabat məruzəsi ilə çıxış etmişdir. O, il ərzində ərazidə görülən işlər barədə geniş məlumat verərək bildirmişdir ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmişdir.
Qeydiyyatı Qasımalılarda olan, xaricdə yaşayan, respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşmişdir.
Daha sonra 2017-cü ildə görüləcək işlər barədə danışan natiq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun bütün işlərə ciddi nəzarət etdiyini və hər bir icra nümayəndəsinin qarşısında konkret vəzifələr qoyduğunu bildirdi. Qasımalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F. Tağıyev rayon rəhbərliyinin qayğısı ilə bu vəzifələrə ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.
Hesabat yığıncağında iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov da hesabat məruzəsinini qənaətbəxş hesab etmişdir.
Yığncağın sonunda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Respublikamızın ümummilli lider Heydər Əliyev tərəfindən müyyən edilmiş siyasi kursa uyğun olaraq sürətlə inkişaf etdiyini, prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini və onun rəhbərliyi altında ölkəmizin dünyada güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir dövlət kimi tanındığını vurğulayıb.
Həmçinin qeyd etmişdir ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuşdur .
Cənab Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırmışdır.

Keçidlər