Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda “20 Yanvar”- faciəsi qurbanlarının iyirimi yeddinci ildönümü ehtiramla yad edilib

20 yanvar 2017 | 16:00

Şəmkir rayonunda   “20 Yanvar”- faciəsi qurbanlarının iyirimi yeddinci ildönümü ehtiramla yad edilib. İlk öncə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat  rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Şəmkir şəhərində yerləşən “20 Yanvar” qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoydular.
Mərasimdə  məktəblilərin  ifasında  20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompazisiya dinlənildi.
Rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.
Daha sonra tədbir iştirakçıları  Şəhidlər Xiyabanına yürüş keçirdilər. Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoydular.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov şəhid ailələrinə baş sağlığı verərək, şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, həmin hadisənin təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Şəmkir sakinləri də  əllərində tər qərənfillər “Şəhidlər xiyabanı”nı ziyarət ediblər. Sonra ziyarətçilər məzarlara qərənfillər düzüb, vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda bütün dövrlərdə  şəhid olan əzizlərimizə Allahdan rəhmət  diləyiblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 1000-ə yaxın insan iştirak etmişdir.

Keçidlər