“Azərbaycançılıq və Liderlik” məktəbində “Liderlik – fəaliyyətin gücü” mövzusunda keçirilmiş tədbir
Şəmkir Heydər Əliyev Mərkəzinin “Azərbaycançılıq və Liderlik” məktəbində “Liderlik – fəaliyyətin gücü” mövzusunda təlim keçirilmişdir. Təlimçi - “Alterf MMC” şirkətinin İnkişaf və gəlirlərin idarə olunması şöbəsinin müdiri Fuad İlyasov müasir liderliyin əsas formalarından biri olan biznesdə tətbiq olunan liderlik növündən danışmışdır. Qeyd edilmişdir ki, müasir dövrün mütəfəkkirilərinin verdikləri təriflərə görə liderlik - bir qrup insanın qarşıya qoyulmuş ümumi hədəfə yönləndirici davranışdır. Təlim zamanı müxtəlif misallarla rəsmi və qeyri-rəsmi idarəetmə modulları, müasir dövrdə idarəçilərdən tələb olunan – vəziyyətə baxış keçirmək, vəsait ayırmaq, hədəfləri əlaqələndirmək, nəticələri ölçmək və s. kimi idarəçilikdə liderliyi təmin edən əsas məqamlar haqqında müzakirələr aparılmışdır.