Dəllər Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına dair hesabat iclası keçirilib
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Dəllər-Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına dair hesabat iclası keçirilmişdir. Hesabat Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tərəfindən dinlənilmişdir. Hesabat iclasında idarə və təşkilat nümayəndələri, kənd ictimaiyyəti iştirak etmişdir.
Sonda cənab Alimpaşa Məmmədov Respublikamızın ümummilli lider Heydər Əliyev tərəfindən müyyən edilmiş siyasi kursa uyğun olaraq sürətlə inkişaf etdiyini, prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini və onun rəhbərliyi altında ölkəmizin dünyada güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir dövlət kimi tanındığını vurğulayıb.
Qeyd edib ki, Azərbaycan qlobal böhran şəraitinidə makroiqtisadi sabitliyi təmin edən, məqsədlərinə doğru inamla addımlayan, bütün sosial layihələri gerçəkləşdirən dövlət olaraq öz nümunəsini ortaya qoyub. Qlobal böhran dövrünün çağrışlarına advekat aparılan çevik islahatlar iqtisadi dayanıqlığın təmin olunmasına şərait yaradıb və Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə öz dinamik inkişafını qoruya bilmişdir.