Vətəndaşların növbəti şifahi qəbulu keçirilmişdir
Dekabrın 23-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov vətəndaşların növbəti şifahi qəbulunu keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyəinin başçısı cənab Alimpaşa Məmmədov bütün Azərbaycan xalqını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edib. Daha sonra vətəndaşaların müraciətləri dinlənilmişdir.
Vətəndaşların qəbulu üç saata yaxın davam etmişdir. Qəbula yazılmış 97 nəfər Şəmkir sakininin müraciəti dinlənilmişdir. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.
Qəbula gələn sakinlər qaldırılan məsələlərin həllinə əmin olduqlarını vurğulamış, onalara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.