Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Çaparlı kəndində körpələr evi-uşaq bağçasının açılış mərasimi keçirilib

01 dekabr 2016 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 50 yerlik məktəbəqədər təhsil müəssisəsinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Binada 3 qrup otağı, həmçinin idman və musiqi zalları, yeməkxana, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada müasir istilik sistemi quraşdırılıb.
Valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Bildirilib ki, ölkəmizdə uşaqlar daim yüksək qayğı, diqqətlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah böyümələri üçün layihələr həyata keçirilib.
Mərasimdə çıxış edənlər, xüsusilə də valideyinlər Şəmkir Rayon İcra Hakimiyyətinə körpələrə belə şaraitin yaradıldığı üçün təşəkkürlərini bildirdilər.
Rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Müasir tələblər səviyyəsində inşa edilən yeni binada uşaqların hərtərəfli inkişafı və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb.

Keçidlər