Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə vətəndaşların növbəti şifahi qəbulu keçirildi

18 noyabr 2016 | 16:00

Noyabrın 18-də Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun başçılığı ilə vətəndaşların növbəti şifahi qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.

Vətəndaşların qəbulu iki saata yaxın davam etmiş, 51 nəfər vətəndaşın müraciəti dinlənilmişdir.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.
Qəbula gələn sakinlər qaldırılan məsələlərin həllinə əmin olduqlarını vurğulamış, onalara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər