Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirilimişdir.

14 noyabr 2016 | 16:00

Noyabrın 14-də Şəmkir Heydər Əliyev Mərkəzində Milli Məclisin Regional məsələlər Komitəsi, Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirilmişdir. Tədbirdən əvvəl konfrans iştirakçıları Şəmkir Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Konfransda Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov giriş sözü ilə çıxış etmişlər. Konfrans iştirakçılarını salamlayan natiqlər yerli idarəetmədə, regional əhəmiyyətli iqtisadiyyat sahələrinin inkisarında, sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin artan roluna toxunaraq, bu qurumların maliyyə potensialının gücləndirilməsinin vacibliyini vurğulasmışlar.
Konfransda Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsində bələdiyyə-vətəndaş əlaqələrinin rolu”, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov “Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, əldə olunan uğurlar və nəticələr”, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev “Yerli vergi və ödənişlərin yığılması sahəsində bələdiyyələrin qarşısında duran vəzifələr, üzləşdiyi problemlər və onların həlli yolları”, Şəmkir Bələdiyyəsinin sədri Vüqar Həsənov “Bələdiyyə müəssisələrinin və xidmət sahələrinin yaradılması, fəaliyyətinin təşkili təcrübəsi və perspektivləri”, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli “Bələdiyyə mülkiyyətinin idarə edilməsi üsulları və perspektivləri”, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının departament direktoru Pərviz Muradov “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin bələdiyyələrdə tətbiqi təcrübəsi, üstünlükləri və perspektivləri” mövzularında çıxış etmişlər. Sonra qeyd olunan məsələlər ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları, şəhər, qəsəbə və rayon bələdiyyələrinin sədrləri əvvəlcə qədim Lüteran kilsəsinə baş çəkiblər.
Daha sonra qonaqlar Şəmkir bələdiyyəsinin nəzdində yaradılan “Morul Tikinti” MMC-də istehsal imkanları ilə maraqlanıblar. Məlumat verilib ki, qum-çınqıl, tamet və asfalt istehsalı ilə bərabər, bələdiyyənin nəzdində iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-də yaradılıb. Burada taxıl, şəkər çuğunduru, tərəvəz və meyvə istehsalı aparılır.
Konfrans iştirakçılarının Şəmkirlə tanış olduqları növbəti məkan Çinarlı bələdiyyəsinin nəzdində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı üçün ixtisaslaşmış “Şəmkir səbəti” olub. Beş hektar ərazini əhatə edən müəssisə kənd təsərrüfatı, ərzaq və digər məhsulların topdan və pərakəndə satışı üçün əlverişli məkana çevrilib.
Bələdiyyələrin nəzdində yaradılan təsərrüfatlara baxışdan sonra qeyd olunub ki, görülən işlər həm Şəmkir rayonu, həm də rayonun bələdiyyələri üçün xeyirlidir. Bütün bu işlər digər bələdiyyələr üçün örnək olmalıdır. Onlar da öz imkanları daxilində və yerli icra hakimiyyətlərinin köməyi ilə bu cür layihələr həyata keçirməyə çalışmalıdırlar.

Keçidlər