Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə konfrans keçirilib

31 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkirdə  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq müxanizmlərinin təkmilləşdirilməsi və ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT layihələrinin hazırlanmasına həsr olunmuş konfrans keçirilimişdir.
Konfransda  Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə, Şəmkir, Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən QHT rəhbərləri  və ictimaiyyət nümayəndələri  iştirak etmişlər.
Məleykə Əlizadə konfransı açıq elan edərək son dövrlər ölkədə gedən sosial-iqtisadi inkişaf və gələcək perespektivlərdən, vətəndaş cəmiyyətinin inkişafı üçün görülən işlərdən danışdı.
Toplantıda məruzə ilə çıxış edən Şura nümayəndəsi  Həsən Səmədov ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və son illər bu yöndə Şura tərəfindən həyata keçirilən mühüm tədbirlər haqqında konfrans iştirakçılarını məlumatlandırdı.
Sonda QHT-lərin ictimai sahədəki problemləri və həlli yolları, gələcəkdə regional resurs mərkəzlərinin açılması,  QHT-lərin inkişafı və s. mövzularda müzakirələr edilib, iştirakçıları maraqlandıran suallara cavab verildi və təkliflər səsləndi.

Keçidlər